11-11-2015 [12:34]
Binəqədinin icra başçısı Xaləddin İsgəndərovun bəzi dövlət qurumlarına meydan oxuması, rayonu «xərac yığan» dəstələri ilə idarə eləməsi haqda mətbuatda çoxsaylı məlumatlar gedib. Ancaq bu günədək ona bu özbaşınalıqlara bağlı sərt irad tutulmamasının səbəbləri cəmiyyətə şübhəli qalıb.
Bu barədə Mia.az-a daxil olan məlumatlar isə özünü toxunulmaz sayan icra başçısının nədən belə davranmasına aydınlıq gətirir.
Bizi məlumatlandıran mənbə deyir ki, icra başçısı nazir qayını Fazil Məmmədovla yanaşı, əsasən sabiq nazir Eldar Mahmudova güvənərək, az öncəyə qədər ötkəm hərəkət edib. Ancaq barəsində silsilə şikayətlərin, rayonda yanan binadakı faciələr, Beynəlxalq Avtovağzalın ətrafındakı sürüşmə və ən nəjayət, E.Mahmudovun «vurulması»ndan sonra icra başçısı bəzi adımlarında «korrektəli» davranmağa başlayıb:
«Məlumat üçün deyim ki, Eldar Mahmudovla Xaləddin İsgəndərov həyat yoldaşları vasitəsiylə qohumdurlar. Bundan əlavə, ölkədə hamı Eldar Mahmudovu əslən Naxçıvanlı kimi tanısa da, əslində o, Xaləddin İsgəndərovun mənsub olduğu zonadan, yəni ölkənin qərb bölgəsindəndir. Yəni əslən qazaxlı olan sabiq nazir Naxçıvana köçmədir. Onların eyni bölgədən olması ilə yanaşı, həm də qohumluqları, üstəlik, Fazil Məmmədov faktoru icra başçısının daha ötkəm davranmasına səbəb olub. Təsəvvür edin ki, rayon polis rəisi Namiq İsmayılov icra başçısının xərc yığan dəstəsinin qarşısında həmişə əmrə müntəzir dayanıb. Rayon prokuror isə icra başçısının xərac yığan dəstəsinə qarşı heç vaxt cinayət işinin açılmasına cəhd etməyib. İsgəndərova yeganə müqavimət göstərən şəxs isə bir il əvvələ qədər müəyyən qədər MTN-nin rayon şöbəsinin rəisi olan Səttar Mehbalıyevin qardaşı Faiq Mehbalıyev olub ki, icra başçısı onun da Binəqədidən uzaqlaşdırılmasına nail oldu. İndisə Eldar Mahmudov yoxdur, qayını Fazil Məmmədovun isə hakiimyyətdəki bəzi qruplaşmalarla münasibəti gərgin olduğundan icra başçısı ehtyatlanmağa başlayıbdır».
Məlumata görə, Eldar Mahmudov çıxarılana qədər ötkəm davranan X.İsgəndərov artıq anoloji kobudluq və özbaşınalıqlarını xeyli azaldıb: «İndi o, ciddi şəkildə qorxu içindədir. Hətta Binəqədidə yanan binaya görə bu qədər qorxu keçirməmişdi. Xatırlayırsınızsa, o zamn icra başçısı yanan binaya görə açıq şəkildə Hacıbala Abutalıbovla Fövqəladə Hallar Nazirliyini suçlu çıxardı, onlara meydan oxudu. Yəni onun mənsub olduğu bəlli gücə arxayınlığı bu qədər cürətkar davranmasına səbəb idi. Ancaq indi durum kəskin şəkildə dəyişmək üzrədir. Hətta deyərdim ki, durum o qədər dəyişib ki, bir neçə gün əvvəl obyektinin sökülməsinə etiraz edərək intihar etməyə cəhd edən sahibkarın ayağına getməsinə qədər Xalədin İsgəndərov zəifləyib. Bəli, indi düşünür ki, işdən çıxarılması bir yana, özünü elə yanan binayla bağlı aparılan istintq çərçivəsində həbs də edə bilərlər. Məhz bu qorxu səbəbindədir ki, icra başçısı rayonda xərac yığan dəstəsini də təlimatlandırıb. Dəqiq sizə deyirəm ki, o, həmin qeyri-rəsmi dəstəyə əvvəlki özbaşınalıqlarını azaltmaq tarşırığını verib. Çünki bilir ki, onları hər an həbs edə bilərlər. Onların həbsi və ifadəsi isə nəinki Xaləddin İsgəndərovu, hətta nazir Fazil Məmmədovun karyerasını daha kəskin bitməsinə gətirib çıxaracaq».
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi