11-11-2015 [09:40]
Binəqədi rayonunda Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısına toplaşan bir qrup usta və fəhlə narazılıq edib.
Mia.az anspress-ə istinadən xəbər verir ki, onların şikayəti isə vaxtilə Binəqədi rayonundakı binaların fasad hissəsində apardıqları təmir-tikinti işlərinin haqqını uzun müddət ala bilməmələri haqdadır. Bu müddət isə aylarla davam edib. Nə az, nə çox düz 6 ay. Deyirlər ki, Binəqədi rayonu ərazisində bütün binaların fasadlarını dəyişib, yenisi ilə əvəz ediblər. Bu işin qarşılığında da hər bir kəs müxtəlif məbləğdə maaş alırdı. Ancaq may ayından bu günə kimi heç kəs maaşını ala bilmir.
Onlar müxtəlif vəzifələrdə çalışıblar. Kimisi mühəndis, kimisi iş icraçısı, kimisi də fəhlə. Onların sözlərinə görə, podratçı şirkətin rəhbəri Qaraş Əliyev bütün bu işlərin sifarişçisinin Binəqədi Rayon İcra Hakimiyyəti olduğunu deyib. Sifarişçi qurum da ustaların pulunu ödməyib.
Şikayətçi Cəfər Şərbətov deyir ki, 12 işçinin gördüyü işin müqabilində 5 min manata yaxın alacağı var. "Xeyli müddətdir ki, maaş ala bilmirik. Hər dəfə zəng edəndə də - maaşlar bu həftəni ikinci günü veriləcək. İkinci gün olanda isə deyirlər ki, bu həftənin üçüncü günü veriləcək. Mən özüm xəstəyə baxıram. Əgər əziyyət çəkirəmsə, maaş da almalıyam”, - deyə şikayətçi Elçin Mahmudov bildirib.
Problemlə əlaqədər olaraq podratçı şirkətin sahibi Qaraş Əliyeva ilə əlaqə saxlamaq isə mümkün olmadı.
Binqədi rayon icra hakimiyyəti başçısının müavini Aygün Əliyeva isə bildirdi ki, onların qurumu sifarişçi olmayıb. Həmin şikayət edən usta və fəhlələrlə heç bir əlaqələri yoxdur. Podratçı şirkətin rəhbəri rayon icra hakimiyyətininin adından istifadə edir.
Bu zaman podratçı şirkətin sahibi fəhlələrdən birilə görüş təyin edib ki, onun şikayət etmək fikrindən daşındırsın.
Ustlarla söhbəti zamanı, podratçı şirkətinin sahibi Qaraş Əliyev bildirdi ki, sifarişçi Binqədi Rayon İcra Hakimiyyəti deyil. Sadəcə usta və fəhlələrə ayrılan pul ondadır. Soruşanda ki, bəs sifarişçi kimdir, maaşlar nə vaxt qaytarılacaq. "Sifarişçi Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyidir. Birlikdən müəyyən məbləğdə pul alanıb, amma pulun bir qismi isə qalır”, – deyə Qaraş Əliyev vurğulayıb.
Bundan başqa qurum sahibi onu da əlavə etdi ki, cəmi 30 işçiyə borclu qalıblar. Bu problemi də tez bir zamanda aradan qaldıracaqlar.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi