10-11-2015 [19:02]
17 oktyabr 2015-ci il tarixdə Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifəsindən azad edilməsiylə başlanan proseslər bütövlükdə Azərbaycan cəmiyyətini qəribə ovqata, hər gün bir qədər də artan həyəcan dolu intizara kökləyib: indi hər kəs dövlətin ən önəmli strukturlarından birində aparılan "təmizləmə” əməliyyatının hansı həddədək davam etdiriləcəyini, həbslərin daha kimləri, hansı çevrələri əhatə edəcəyini, indiyədək qapalı qalan daha nələrin açıqlanacağını və bütün bu olayların sonda nə ilə yekunlaşacağını böyük maraq və səbrsizliklə gözləyir.
Cəmiyyətin maraq və reaksiyasını dəqiqliyilə yoxlamağa, öyrənməyə imkan verən müasir medianın, eləcə də sosial şəbəkələrin mövzuya indiyəqədərki münasibətinin təhlili isə ortaya acı bir gerçəkliyi çıxarır: Mahmudov və dəstəsinə ictimai nifrət və qəzəb sonsuzdur, soyuyan deyil, əksinə, hər gün yeni-yeni faktlar aşkarlandıqca, bir qədər də artan xətt üzrə inkişaf edir. Şübhə yoxdur ki, bu vəziyyətdə dövlət qurumları tərəfindən cəmiyyətin gözləntilərinə adekvat reaksiyanın verilməməsi həm də bütövlükdə hakimiyyətə birmənalı ümumxalq münasibətinin formalaşmasına gətirib çıxaracaq.
Daha açıq və konkret desək, dövlətin ən önəmli sturukturunu şəxsi (çox böyük ehtimalla, həm də xarici) maraqların təmini vasitəsinə döndərərək sayısız qanunsuzluqlara, cinayətlərə imza atmış "Mahmudov və dəstəsi”nin fəaliyyətinə göstəriləcək son və qəti münasibət həm də yeni iqtisadi-siyasi reallıqların yaratdığı mərhələyə keçiddə Azərbaycan hakimiyyətinin nə dərəcədə hazırlıqlı və qətiyyətli olduğunu, islahatalara səmimi meylini üzə çıxarmaqla, onun gələcək taleyinin müəyyənedici ünsürünə də çevrilmək imkanındadır.
Axı məhz indi dövlətin unikal imkanı və fürsəti yaranıb ki, nəinki bugünədək üzərinə bulaşan bütün çirkab və ləkələrdən birdəfəlik təmizlənsin, həm də bu "təmizləmə prosesi” bütün istiqamətlər üzrə ölkənin yeni siyasətə keçidinin əsası, fundamenti olsun. Çünki məhz "Mahmudov və dəstəsinin işi” təkcə ayrıca götürülmüş bir qurumda deyil, bütövlükdə hər üç hakimiyyət qolundakı – məhkəmə, icra və qanunverici orqanlardakı rüsvayçı şəraiti, qanusuzluq, nöqsan və çatışmazlıqları, həmçinin ümumilikdə cəmiyyətimizin bütün sferalarında kök atmış eybəcərlikləri çox açıq şəkildə üzə çıxarıb, ölkənin ali rəhbərliyinin diqqətinə gətirib...
Bəs nədən başlamalı? İlk addım nə olmalı?
Tanınmış fransız yazıçısı və filosofu Jan Labryürerin belə bir məşhur kəlamı var: "Cəzalandırılmış cinayətkar bütün canilər üçün ibrət dərsidirsə, günahsız məhkum edilmiş şəxs də bütün namuslu adamlar üçün vicdan tənəsidir”.
İndi Azərbaycan hakimiyyətinin atacağı tək bircə qətiyyətli addım dövlətin içərisində kök atmış böyük bir cinayətkar şəbəkənin öz layiqli cəzasını almaqla bütün canilərə ibrət olmaqla bərabər, həm də on ildir günahsız yerə həbsdə saxlanan bir insanın azadlığa çıxmasını təmin etməklə bütün namuslu adamların vicdan rahatlığının təntənəsi ola, eləcə də hələ açılmamış bir çox cinayətlərin açılmasına, qaranlıqlara işıq saçmasına səbəb ola bilər...
Doğru anladınız – söhbət "Mahmudov və dəsətəsi”ni süni şəkildə Azərbaycan dövlətinin içərisində və cəmiyyətdə avtoritetə mindirmiş məşhur "Qara Kəmər” əməliyyatı zamanı həbs edilimiş şəxslərin istintaqının, son proseslərlə yeni xüsusatların ortya çıxmasıyla əlaqədər təzələnməsindən və xüsusən də bu prosesdə Hacı Məmmədovun və bandasının törətdiyi cinayətlərin zorla boynuna yüklənilərək, ömürlük həbsə atılmış DİN-in Baş Cinayət-Axtarış İdarəsinin sabiq rəisi, general Zakir Həsənovun azadlığa buraxılmasından gedir!
Məlumat olanlar, xüsusən də DİN-in Baş Cinayət-Axtarış İdarəsinin sabiq əməkdaşı, polkovnik-leytenant Hacı Məmmədovun dəstəsinin 2006-cı ilin iyunundan 2007-ci ilin yanvarınadək keçirilən məhkəmə prosesini izləyən jurnalistlər çox yaxşı bilir ki, ibtidai istintaq, eləcə də məhkəmə prosesi zamanı indi vəzifəsindən çıxarılan və həbs edilən MTN işçiləri hansı yollara əl atmış, Hacı Məmmədovun çeçenlərdən ibarət dəstəsinin törətdiyi cinayətlərə general Zakir Nəsirovu qatmaq və onun üzərindən də bütövlükdə DİN rəhbərliyinə çıxmaq üçün nə kimi qanunsuzluqlara baş vurmuşdular...
Qısaca deyək ki, Hacı Məmmədovun ələ keçirildiyi 2005-ci ilin martından sonra indi həbsdə olan MTN-in Anti Terror Mərkəzinin rəis müavini İlqar Əliyevin birbaşa iştirakı və maliyyə dəstəyi ilə xeyli sayda qəzetlər açılmış, barəsində rüsvayedici kompromatları yaymaq hədəsiylə və ya maddi şirnikləndirmə yolu ilə məxfi əməkdaşlığa cəlb edilmiş böyük "jurnalist ordusu”na, eləcə də MTN-in mediadakı agenturasına bütövlükdə DİN rəhbərliyi əleyhinə sayısız dezinformasiyaları yaymaq tapşırığı verilmişdir. Hakimiyyət əleyhinə çevrilə biləcək belə bir mühüm olayın işıqlandırılması prosesindən geri qalmaq istəməyən və ictimai rəyə ciddi təsir göstərmək imkanı olan ovaxtkı müxalifət mətbuatı isə asanlıqla MTN-in bu "dezinformasiya toruna” düşmüş və bu mövzuda ancaq bəlli qəzet və jurnalistlərin ötürdükləri və ya yazdıqları "informasiyaları” tirajlamaq məcburiyyətində qalmışdılar...
Nəticə isə o oldu ki, məhz medianın da məharətlə yönləndirilməsi hesabına Hacı Məmmədov özünün, eləcə də dəstə üzvlərindən qeyri-rəsmi nikah münasibətlərində olduğu Nailə Quliyevanın və bacısı oğlu Elçin Əliyevin canını qurtarmaq məqsədiylə istintaqla sıx əməkdaşlıq yolu seçdi, proses boyu MTN-in indi ifşa olunmuş dəstəsinin diktəsiylə davranmaq məcburiyyətində qaldı...
Xatırlayırsınızsa, həbs olunduğu müddətdən az sonra, eləcə də hər məhkəmə prosesindən öncə, mediada tez-tez Hacı Məmmədovun gah ölümcül xəstəliyə tutulduğu, gah da özünü öldürmək istədiyi xəbəri tirajlanır, ardınca da Hacı Məmmədovdan sensasion bəyanatlar eşidilirdi. Məsələn, onun məşhur bəyanatlarından biri "Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovu sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevin sifarişi ilə qətlə yetirdiyi haqda idi. Ancaq çox sonralar Prokurorluq özü məlumat yaydı ki, Elmar Hüseynovu tamam başqa adamlar qətlə yetiriblər...
Çox sonradan o da məlum olacaqdı ki, Hacı Məmmədovun bu bəyanatı MTN-in "əl işi” olan başqa bir cinayət işinin gücləndirilməsinə - Fərhad Əliyevin 2005-ci ildə "narıncı inqilab” hazırladığı və MTN-in də, guya, bu dövlət çevrilişinin qarşısını vaxtında aldığı ssenarisinin inandırıcılığını artırmağa hesablanıb.
Yeri gəlmişkən, onu da xatırladaq ki, MTN istintaqçıları "Qara kəmər” əməliyyatını Eldar Mahmudovun özünü və daha bir neçə dəstə üzvünü vaxtilə polis sıralarından qovan DİN rəhbərliyindən intiqamalma prosesinə çevirdikləri kimi, eyni qaydada da 2005-ci ilin "çevriliş olayı”nı da Fərhad Əliyevdən qisaslama prosesinə döndərmişdilər. Səbəbsə çox sadə idi – Eldar Mahmudovun "OBXSS”-nin ləğvi təşəbbüsü vaxtilə məhz Fərhad Əliyevdən gəlmişdi...
Böyük ehtimalla, artıq Fərhad Əliyev də danışmağa başlayacaq və MTN təcridxanasında saxlanıldığı müddətdə ondan "Mahmudov və dəstəsinin" kimlər barədə hansı məlumatlar toplamağa çalışdığı məsələsinə də aydınlıq gətirəcək...
Ancaq hələlik bütün bunlardan öncə, kələfin ucunun tapılması və hər şeyin Prezident İlham Əliyevə, eləcə də bütün cəmiyyətə aydın olması üçün mütləq və mütləq "Mahmudov və dəstəsi”nin qisasçılığının qurbanı olmuş bir şəxsin – ölüm riski altında olsa belə, zabit şərəfini, general ləyaqətini hər şeydən üstün tutaraq yalandan heç kimin üzünə durmayan, istintaqla əməkdaşlıqdan imtina edərək ömürlük həbsə məhkum edilmiş Zakir Nəsirovun azadlıqda olması gərəkdir!
Yalnız bu halda "Osminoq”un ayağı Hacı Məmmədov da əsl həqiqətləri danışa, niyə başqalarının da etdiyi cinayəti öz üzərinə götürdüyünü deyə və gerçək "Osminoq”u göstərə bilər!
... İndi Azərbaycanda hamıdan və hər kəsdən daha çox "Mahmudov və dəstəsi”nin işinin necə olacağının intizarını çəkən, həyəcanla bu prosesin sonunu gözləyən bir nəfər varsa, şübhəsiz ki, o da 17 oktyabrdan bəri qapalı Qobustan həbsxanasının darısqal dəmir qəfəsliyində var-gəl etməkdən ayaqları qabar bağlamış general Zakir Nəsirovdur... Axı o, düz 10 ildir səbrlə, həm də böyük ümid və inamla məhz bu anı – həqiqətin haçansa açlacağı günü gözləyib! Həqiqət, bax belədir - nazilər, ancaq heç vaxt üzülməz!
Artıq yavaş-yavaş həqiqətlərin üzə çıxma zamanı gəlir...
Elxan Şükürlü
Strateq.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi