Eldar Mahmudovun polis rəisi olan əmisi oğlu da çıxarıldı - DİN-də dəyişiklik

img

10-11-2015 [17:05]


Səbail rayon polis idarəsinin rəisi İlqar Mahmudov vəzifəsindən azad olunması ilə bağlı ərizə verib.

Mia.az haqqin.az-a istinadən xəbər verir ki, bu haqda DİN-dəki mənbə məlumat verib. 

Qeyd edək ki, bır sıra KİV-də Səbail Rayon Polis İdarəsinin rəisi, polis polkovniki İ.Mahmudovun vəzifəsindən azad edilməsi ilə bağlı məlumatlar yayılıb. İ.Mahmudov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğludur. 
Qeyd edək ki, dünənə qədər İlqar Mahmudov öz vəzifəsində qalırdı.

"İlqar Mahmudov pensiyaya çıxıb, o bundan sonra polis orqanlarında işləmək niyyətində deyil", - deyə mənbə bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA