Hakimləri təhqir etdi, 4 oyun cəzalandı

img

10-11-2015 [15:56]


İntizam Komitəsinin bu gün keçirilən iclasında bir sıra qərarlar qəbul olunub. "Qafqazinfo” xəbər verir ki, iclasda I Divizion klubları da cəzalanıb.

I Divizionun VIII turunun MOİK – "Bakılı” matçında MOİK klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur. Oyunun 54-cü dəqiqəsində "Bakılı” klubunun 19 №-li futbolçusu Nihad Əmirli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılmasından sonra hakimlər briqadasını təhqir etdiyinə görə 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunur. 
Oyunun 79-cu dəqiqəsində MOİK klubunun klubunun baş məşqçisi Adilov Şamil texniki zona qaydaların pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 100 manat cərimə olunur.

I Divizionun VIII turunun "Şahdağ” – "Mil-Muğan” matçında "Şahdağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA