Respublika stadionuna yeni direktor təyin edildi

img

14-10-2015 [14:40]


Tofiq Bəhramov adına Respublika Stadionuna yeni direktor təyin olunub. Mia.az report.az-a istinadən xəbər verir ki, bu, Şamil Quliyevdir.

O, yeni vəzifədə ötən ay səhhəti ilə əlaqədar istefa vermiş Akif İsmayılovu əvəzləyib. Artıq yeni direktor Gənclər və İdman Nazirliyinin nümayəndəsi tərəfindən kollektivə təqdim olunub.

Qeyd edək ki, Şamil Quliyev idman sahəsində yenidir. Onun əvvəllər hüquq-mühafizə orqanları sistemində çalışdığı bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA