10-11-2015 [14:30]
Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) İdarə Heyəti parlament seçkilərindən sonra ilk iclasını keçirib.
Mia.az xəbər verir ki, iclasda Milli Məclisə noyabrın 1-də keçirilən seçkilərin nəticələri müzakirə olunub və bununla bağlı bəyanat qəbul edilib.
Bəyanatda deyilir:
"Noyabrın 1-də Azərbaycanda keçirilən parlament seçkilərində Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) da daxil olmaqla 22 siyasi partiya və 1 siyasi partiyalar bloku iştirak edib. Yalnız mövcud hakimiyyətin legitimliyini tanımayan aşırı radikal siyasi partiyaların bir hissəsi seçkiləri boykot etdilərini bildiriblər.
BAXCP seçkilərə 77 namizədlə qatılıb. Onlardan yalnız 25-i qeydə alınıb. Seçki prosesində 3 nəfər namizədliyini geri götürüb. Digər deputatlığa namizədlər isə mübarizəni sonadək davam etdiriblər.
BAXCP-nin seçkilərdə iştirak edən namizədlərinin və prosesi izləyən müşahidəçilərinin yekun rəyi Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı bəyanatında yer alan fikirlərlə əsasən üst-üstə düşür. Hesab edirik ki, seçkilərin daha ədalətli və şəffaf keçirilməsi üçün ilk növbədə seçki qanunvericiliyi təkmilləşdirilməlidir.
Belə ki, mövcud Seçki Məcəlləsində yer alan bir sıra məhdudiyyətlər seçkilərin daha dinamik və rəqabətlilik əsasında keçirilməsinə imkan vermir. Mövcud qanunvericiliyə görə, siyasi partiyaların yalnız 60-dan artıq seçki dairəsində deputatlığa namizədləri qeydə alındıqda ödənişsiz efir vaxtından istifadə edə bilərlər. Namizədlərin qeydə alınması prosedurunun mürəkkəbliyi BAXCP-nin və digər müxalifət partiyalarının seçkilərdə lazımi sayda namizədlə iştirak etmək imkanlarını məhdudlaşdırıb. Seçkilərə lazımi sayda namizədlə qatılmaq imkanı olmayan siyasi partiyalar isə son nəticədə mövcud Seçki Məcəlləsinin tələblərinə əsasən ödənişsiz efir vaxtından istifadə edə bilməyiblər. Hakim partiya isə seçki debatlarının alternativsiz olacağını əsas gətirərək ödənişsiz efir vaxtından imtina edib.
Namizədlərin təbliğat-təşviqat kampaniyası üçün ödənişli efir vaxtı yalnız İctimai Televiziya tərəfindən təqdim olunub. Digər telekanallar isə bu prosesdə ümumiyyətlə iştirak etməyiblər.
İctimai Televiziyanın təqdim etdiyi qiymətlər yüksək olduğu üçün siyasi partiyaların və deputatlığa namizədlərin ödənişli efir vaxtından istifadə etmək imkanı olmayıb. Bu isə öz növbəsində ölkədə daha rəqabətli seçki atmosferinin yaranmasına imkan verməyib.
Müşahidələrimizə görə, seçki prosesi ərzində, o cümlədən səsvermə günü müxtəlif səpkili qanun pozuntuları baş verib. Həmin pozuntular hazırda Mərkəzi Seçki Komissiyası və müvafiq seçki komissiyaları tərəfindən araşdırılır. Artıq 2 seçki məntəqəsində nəticələr ləğv olunub.
Hesab edirik ki, ayrı-ayrı seçki məntəqələrində baş verən qanun pozuntuları seçkilərin yekun nəticəsinə təsir göstərəcək həddə deyil, seçkilərin nəticələri xalqın iradısini əks etdirir.
Seçkilərin elan olunmuş ilkin nəticələrinə əsasən, hakim Yeni Azərbaycan Partiyası parlamentdə 71 deputatla təmsil olunacaq. Bitərəf namizədlər 42, 11 siyasi partiyanın təmsilçiləri isə 12 yer qazanıb. Beləliklə, Azərbaycan müxalifəti növbəti dəfə parlamentdə fraksiya yaratmaq imkanı qazana bilməyib.
Təəssüf ki, ATƏT-in seçki öncəsi vəziyyəti qiymətləndirəcək müşahidə missiyası çoxsaylı siyasi partiyaların da xahişini nəzərə almadan, Azərbaycan hökumətinin müşahidəçilərin sayının 380 nəfərdən 131 nəfərə endirmək tələbinə görə seçkiləri müşahidə etməkdən imtina etdi. Amma Avropa Şurası Parlament Assambleyasının qərarına əsasən, AŞ PA-dan 32 parlamentari, ümumilikdə isə 530 xarici müşahidəçi Azərbaycanda keçirilən parlament seçkilərini izlədi. Müşahidəçilər seçkilərin Seçki Məcələsinə uyğun keçirildiyini və xalqın iradəsini əks etdirdiyini bildirdilər. Bununla yanaşı, AŞ PA-nın müşahidə missiyası qeyd etdi ki, Azərbaycanda insan haqları ilə bağlı vəziyyətə görə narahatlıqlar qalmaqda davam edir və ölkədə demokratik islahatlar davam etdirilməlidir. Seçkilərdən sonra ABŞ və Avropa Komissiyası yeni seçilmiş Azərbaycan parlamenti ilə əməkdaşlığı davam etdirəcəklərini bəyan etdilər. Biz Avropa Parlamentinin Azərbaycandakı seçkilərə müşahidəçi göndərməkdən imtina qərarına etiraz edən Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının (ACER) prezidenti cənab Jan Zahradilin, onun təmsil etdiyi Vətəndaş Demokratik Partiyasının (Civic Democratic Party), Azərbaycanla bağlı qətnamənin əleyhinə səs verən 274 Avropa Parlamenti üzvünün və AŞ PA-nın qiymətləndirməsini daha doğru və Azərbaycanın demokratik inkişafına töhfə verəcək mövqe kimi qiymətləndirir, təcridetmə siyasətinin yanlış olduğunu düşünürük.
Hesab edirik ki, bəzi beynəlxalq təşkilatlar tərəfindən siyasi motivlərlə həbs olunduqları bildirilən şəxslər azadlığa buraxılmalı, seçki qanunvericiliyi təkmilləşdirilməli, çoxpartiyalı sistemin inkişafı üçün proporsional seçki sisteminin tətbiqinə başlanılmalı, ölkədə ciddi siyasi-huquqi islahatlar aparılmalıdır.
BAXCP ölkədə qanunun aliliyinin təmin olunması istiqamətində Azərbaycan Respublikası Prezidentinin son qərarlarını dəstəkləyir və bəyan edir ki, yalnız müstəqil məhkəmə hakimiyyəti qanunun aliliyinə tam zəmanət verə bilər.
Təəssüf ki, hökumətin siyasi islahatları gecikdirməsi milli demokratik, dünyəvi siyasi qüvvələrin alternativ siyasi güc mərkəzləri kimi formalaşmasına mane olur, nəticədə xaricdən idarə olunan və dindən öz siyasi məqsədləri üçün istifadə edən ekstimist dairələrin önə çıxmaq cəhdlərinə zəmin yaradır. Bunun təzahürləri isə son zamanlar özünü daha qabarıq şəkildə büruzə verməkdədir.
BAXCP bir daha Azərbaycan hökumətini parlamentli respublikaya keçid etməyə, ölkədə köklü siyasi-hüquqi islahatlar aparmağa, çoxpartiyalı sistemin inkişafı üçün ardıcıl və konseptual qərarlar qəbul etməyə çağırır".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi