Məhkumun pulunu hansı polis zabiti mənimsəyib? - Şikayət

img

10-11-2015 [14:17]


Füzuli rayonu 2 saylı Zovcuq qəsəbəsi ev 356-da məskunlaşmış məcburi köçkün Məmmədova Tovuz Əli qızı Mia.az-a şikayət məktubu göndərib. 

Məcburi köçkün Mia.az vasitəsiylə ölkə rəhbərliyinin diqqətinə çadırmaq istəyir ki, oğlu həbs edilən zaman üstündə olan pulu mənimsəyiblər. Halbuki, o pulun geri qaytarılması haqda Ali  Məhkəmənin 07 yanvar  2014-cu il tarixli qərarı  var. Lakin qanunsuz olaraq icra edilmir:

"Bu səbəbdən də məhkum oğlum Dünyamalıyev Oktay Yəhya oğlunun hüquqları pozulmuş, süründürməçiliyə məruz qalmışıq. Belə ki, Alı Məhkəmənin 1(102)-14/2014 saylı  07 yanvar 2014-cü il tarixli qərarı ilə oğlum Oktay Yəhya oğlu Dünyamalıyevin kasasiya şikayəti qismən təmin edilmiş  onun Azərbaycan Republikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət iişi üzrə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 02 iyul 2012-ci il tarixli qərarı dəyişdiririlmişdir. Cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 aprel 2012-ci il tarixli hökmündən maddi subut kimi tanınmış Nərimanov Rayon Polis İdarəsininin Maliyyə Plan Şöbəsinə təhvil verilmiş 3000 ( üç min )  ABŞ dollarınin dövlət nəfinə müsadirə edilməsi müddəalarının xaric edilməsi qət etilmişdir. Ancaq buna baxmayaraq, Ali Məhkəmənin 07 yanvar 2014-cü il tarixli qərarı indiyə qədər qanunsuz olaraq icra edilməmişdir ki, bu ciddi saxtakarlıq qanunsuzluq faktıdır. Bir qrup vəzifəli şəxslər oğluma məxsus 3000 ABŞ dolları pulu mənimsəmişdilər.Oğlum Oktay bu barədə dəfələrlə müvafiq orqanlara ərizələrlə müraciət etsədə heç bir tədbir görülməmişdir.Əgər oğlum Oktay Dünyamalıyev cinayət törədibsə məhkəmənin hökmü ilə azadlıqdan məhrum etmə cəzası ilə məhkum edilib .Hökm icra edilir oğlum 12 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir. Bəs nə üçün Ali Məhkəmənin 07 yanvar 2014-cü il tarixli qərarı icra edilmir? Belə çıxır ki, qanun ancaq bizim kimi kasıblar üçündür, oğlumun pulunu müsadirə etmiş vəzifəli şəxslər üçün isə heç bir qanun qayda yoxdur?".

Şikayətçi yazır ki, oğlu Oktay həbs edilən zaman cibindən götürülmüş 3000 ABŞ dolları pulunu geri qaytarmaq istəmirlər:

"Özüm ağır xəstəyəm, oğlum Oktay həbs yerində infarkt keçirib, Oktayın həlat yoldaşı onkoloji xəstədir. Həmin müsadirə edilmiş 3000 ABŞ dolları pulda həmin vaxtı gəlnimin müalicəsi üçün borc alınmışdır. Bu haqsızlıqdır, özbaşınalıqdır, cinayət əməlidir ki, Ali Məhkəmənin qərarı ilə müsadirə edilmiş pulun sahibinə qaytarılması qət edilib ancaq qərar icra edilmir.Bir qrup vəzifəli şəxslər pulu mənimsəyiblər, qaytarmaq istəmirlər, Ali Məhkəmənin qərarını icra etmirlər. Bu boyda qanunsuzluq olmaz".   

Şikayətlə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.

Mia.az  


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA