09-11-2015 [00:09]
Milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifəsindən azad olunmasından sonra sözügedən qurumda bəzi vəzifəli şəxslərin yol verdiyi qanunsuzluqlar üzə çıxmağa başlayıb.
Belə qanunsuzluqlardan biri haqda da Mia.az-a maraqlı məktub daxil olub. Belə ki, Qusar rayon sakini Hafiz Hacı tərəfindən göndərilən məktubda hazırda MTN-nin Qobustan rayon şöbəsinin rəisi Əfqan Məmmədovun əməllərindən bəhs edilir.
Mətləbə keçməzdən əvvəl qyd edək ki, MTN-nin rayon şöbəsinin rəisi haqda bir neçə gün əvvəl mətbuatda çox ciddi ittihamlarla zəngin şikayət də yayılıb. Dini Komitənin məsul əməkdaşı MTN-nin şöbə rəisi Əfqan Məmmədovun onun Qobustan rayonunda ulu babalarına məxsus olan qəbrləri dağıtdıraraq, oradan qızıl axtarmasından şikayətlənib. Qeyd edib ki, kənd qəbristanlığında 70-ə yaxın qəbr bu məqsədlə dağıdılıb. Üstəlik, əzizlərinin qəbrlərinin dağıdılmasına etiraz etdiyi üçün komitənin məsul şəxsi silahla hədələndiyini də iddia edib. Elə bu qəbr dağıtmaq söhbətinin yayılması Qusar sakininin də bəzi mətləblərə toxunmasına səbəb veirb:
«Hörmətli redaksiya! Son günlər kütləvi informasiya vasitələrində oxuduğum bir məlumat məndə köhnə xatirələri yenidən yaşatdı. Belə ki, Qobustan rayonunda yerləşən qəbiristanlığı məhv edərək orada qızıl axtarışına çıxan Milli Təhlükəsizlik Nazirliyinin Qobustan Rayon Şöbəsinin rəisi "çox hörmətli” Əfqan Məmmədovun əvvəllər MTN-in Qusar Rayon Şöbəsində müavin vəzifəsində işlədiyi dövrü heç vaxt unuda bilmərəm.
Mən, Qusar rayonundanam, əvvəllər Qusarda nüfuzlu və imkanlı şəxs idim. Əfqan Məmmədov MTN-in Qusar şöbəsində müavin olduğu zamanlarda mənim həyatımı, karyeramı və ailəmi məhv etdi. MTN-də general rütbəsində çalışan Akif Çovdarov adlı şəxsin göstərişi ilə mənim və yaxınlarımın dərman biznesinə görə əvvəlcə məni şərlədi, təhqir etdi, döyərək hədələdi. Əfqan Məmmədov Akif Çovdarovun göstərişi ilə yaxınlarımın müflis olmasına səbəb oldu. Həmin dövrlərdə o, hər dəfə iri biznesmenlərdən şantaj yolu ilə pul tələb edirdi. Etiraz edənlərə isə bu göstərişi ona Eldar Mahmudovun verdiyini, MTN-in Qusardakı şöbəsinin binasını təmir etdirməli, nazir Eldar Mahmudova Qusardan pay səbəti göndərməli olduğunu deyirdi. Qusarda işləyərkən o imkanlı şəxsləri narkotiklə və ailə üzvlərinə ləkə yaxmaqla şərləyib, özünə 2 mərtəbəli villa və bahalı avtomobillər ald».
Şikayətçi yazır ki, br neçə gün əvvəl internetdə Əfqan Məmmədovun qəbrləri qazması haqda yayılan materialı facebook-da bəyənib və buna komment yazıb: «Yazdım ki, Əfqan Məmmədov təmiz adam deyil. Bundan sonra Əfqan Məmmədov mənim yaxınlarıma zəng etdi, söyüşlər söydü, qorxutdu. O, Qusarda yaşayan kriminal adamlara zəng edib, mənim döyülməyimi tapşırdı. Biləsiniz ki, Əfqan Məmmədov şantajçı insandır.
Öyrəndiyimə görə hazırda Qobustanda, yəni Mərəzədə rəisdir. Hətta tez-tez Qusara gəlib-gedir. Qusarda işləyən ustaları məcbur edərək Qobustanda tikdirdiyi evin təmir edilməsinə məcburi aparır. Qusarda yaşayan bəzi biznesmenlərdən əvvəlki qaydada rüşvət də tələb edir. Mən ali təhsilli, inanclı insanam. Mənim və digər Qusarlıların həyatımızı məhv edən, bizi əvvəllər narkotiklə şərləyərək qorxu altında yaşadan bu cür insanın qisasını əvvəlcə uca Tanrıtının özü alacağına inanıram».
Sonda şikayətçi aidiyyatı qurumlardan şöbə rəisinin əməllərinə hüquqi qiymət verilməsini xahiş edib.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi