İcra başçısı reketlik edir - Məşhur vəkildən şok ittiham

img

08-11-2015 [19:12]


Tanınmış vəkil Aslan İsmayılov Feysbuk-da maraqlı status paylaşıb. O, Binəqədinin icra başçısının hərəkətlərinin reketlik olduğunu bildirib.

Mia.az A.ismayılovun yazısını təqdim edir:

"Son vaxtlar mətbuat hər gün icra başçıları tərəfindən hansısa tikilinin sökülməsindən yazır. Həmin tikilinin başa gəlməsinə pul xərclənməsini, zəhmət çəkilməsini isə heç kim hesaba almır. Hər yeni gələn başçı köhnənin sərəncamını tanımadığını deyir və öz şərtlərini irəli sürür, sanki ölkədə qanun yoxdur. Hamı da bilir ki, söhbət tikilinin qanuni və ya qanunsuz olmasından getmir. Söhbət sözün əsl mənasında reketçilik yolu ilə pul qopartmaqdan gedir. Son günlər Binəqədinin icra başçısı dörd mərtəbəli binanın qanunsuz tikildiyini bütün ölkəyə elan etdi. Bunun yalan olduğunu hamı bilir, çünki icra hakimiyyətinin razılığı olmadan daşı daş üstünə qoymağın mümkünsüz olduğu bəllidir.

Dəfələrlə yazmışam, bir daha təkrar edirəm. Bu cür biabırçılığın qarşısını almağın yeganə yolu sökülən tikiliyə çəkilmiş xərcin günahkar orqanlar, yəni icra strukturları əməkdaşları tərəfindən zərərçəkənə ödənilməlidir.


Bu gün baş verənlər isə dərəbəylikdir. Hələ ki, insanlar özlərinə sui qəsd edir. 

Allah sonrasından qorusun".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA