Nazir müavininin oğlu atasından imtina edir?! - Sensasion açıqlama

img

07-11-2015 [18:09]


"Atası nazirliklərdən birində müavin vəzifəsində işləyən bir gənc mənə müraciət edib. Yazıb ki, atamın rəsmi əmək haqqı 1400 AZN- dir. Lakin o hər gün evə bu məbləğdən dəfələrlə çox pul gətirir. Onun qanunsuz fəaliyyətinə görə evdə daim əsəb və qorxu hökm sürür, özümüzü oğru kimi hiss edirik, hərəkətlərimə qoyulan məhdudiyyətlərə dözə bilmirəm". 

Mia.az xəbər verir ki, bunu hüquq müdafiəçisi Əlövsət Əliyev özünün Feysbuk səhifəsində paylaşıb. Hüqüq müdafiəçisi adını çəkmədiyi nazir müavininin oğlunun sözlərini belə  davam etdirib:

"Evdə rəsmiyyət o həddədir ki, özümüzü dövlət idarələrində olan şəxs kimi hiss edirik. Anam da bu vəziyyətdən boğaza yığılıb. Bu vəziyyətə dözmədiyim üçün atamdan imtina etmək və sərbəst yaşamaq istəyirəm. Bunun qaydasını izah etməyimi xahiş edir.

Bu məlumatı ondan icazə alaraq paylaşmaq qərarına gəldim. Ailə üzvlərindən imtina kimi zərərli halların təbliği ilə məşğul olan uzunqulaqlar bilməliydilər ki, bir gün bu zərərli hallar vərdişə çevriləcək və növbə onlara da çatacaq".

Görəsən, bu hansı nazir müavinidir?! Hər halda Əlövsət Əliyevin yazdıqları doğrudursa, bu, Azərbaycanda əsl sensasiya sayıla bilər...

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA