İcra hakimiyyəti ev sökdü: sakinlərdən xəsarət alanlar var - FOTOLAR,

img

07-11-2015 [17:09]


Binəqədidə vətəndaşın evi icra hakimiyyəti tərəfindən sökülüb.

Ev sakinləri ilə icraçılar arasında gərginlik yaşanıb.Musavat.com xəbər verir ki, hadisə Binəqədi rayonu 31/26-cı məhəlləsində baş verib.Nəcəfov Ruslan Valeh oğluna məxsus ev sökülüb. Söküntü işləri rayon icra hakimiyyətinin nümayəndələri və polis əməkdaşlarının iştirakı ilə həyata keçirilib.

Evin sökülməsinə əsas olaraq tikilinin sənədlərinin olmaması göstərilib. Lakin ev sahibi deyilənlərlə razılaşmır.Ruslan Nəcəfov iddia edir ki, evin tikintisi üçün ondan 5 min rüşvət istəyiblər. Tələb olunan məbləği vermədiyi üçün ev sökülüb.

"Qonşuluqda bu qədər ev var. Necə oldu bir mənim evim qanunsuz oldu? Evi zorla sökdülər. Mənə və ailə üzvlərimə xəsarət yetirdilər"- deyə şikayətçi bildirib.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.






Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA