Prezident İlham Əliyevdən amerikalı hərbçilərlə görüşdə mühüm MESAJ

img

07-11-2015 [17:02]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də ABŞ Hərbi Dəniz Qüvvələrinin katibi Rey Maybusun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

ABŞ Hərbi Dəniz Qüvvələrinin katibi Rey Maybus ilə 4 il bundan əvvəlki görüşünü məmnunluqla xatırlayan Prezident İlham Əliyev onun ölkəmizə bu səfərinin Azərbaycan ilə ABŞ arasında müdafiə sahəsində əməkdaşlığın perspektivlərini müzakirə etmək üçün yaxşı imkan yaradacağını deyib. Müdafiə sahəsində əməkdaşlığın uzun tarixə malik olduğunu vurğulayan dövlət başçısı bildirib ki, Azərbaycan tərəfi regionda sabitliyin təmin olunması istiqamətində səylərini əsirgəmir.

Prezident İlham Əliyev ötən dövr ərzində regionda vəziyyətin xeyli dəyişdiyini də qeyd edib.

Ölkəmizə ötən səfərini məmnunluqla xatırlayan Rey Maybus Azərbaycan Silahlı Qüvvələrinin Beynəlxalq Sülhməramlı Missiyanın tərkibində Kosovoda, İraqda, hazırda isə Əfqanıstanda uğurla əməkdaşlıq etdiyini vurğuladı, treninqlərin, qarşılıqlı təcrübə mübadiləsinin, hərbi təhsil sahəsində əməkdaşlığın önəmini qeyd edib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA