Bakıda morqda “ölü” dirildi

img

06-11-2015 [19:30]


Bakının Xəzər rayonunda qeyri-adi "ölüb-dirilmə” hadisəsi baş verib.

57 yaşlı Ç.M. (adı etik normalara görə açıqlanmır) spirtli içki qəbul etdikdən sonra elə küçədə yuxuya gedib.

Yoldan keçənlər təcili yardım çağırıblar, kişi paytaxtın Xəzər rayonunun Buzovna qəsəbəsində xəstəxanaya çatdırılıb. Orada kişinin öldüyünü bildirərək onun cəsədini morqa göndəriblər.

Amma Ç.M. morqda özünə gəlib. İlk olaraq o, dostuna zəng edərək sağ olduğunu bildirib.

"O biri dünyadan zəng” alan dostu şoka düşüb. Həkimlər kişini reanimasiya şöbəsinə yatırıblar, hal-hazırda orada müalicəsini davam etdirir. (oxu.az)


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA