Cavid Qurbanov kimləri işdən çıxarıb? - Dövlət idarəsində 200-ə qədər “ölü işçi”lər varmış

img

06-11-2015 [13:59]


"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində böyük islahatlar aparılıb. 

İslahatlar yeni sədr Cavid Qurbanov təyin olunandan və qurumun Nəqliyyat Nazirliyinin tərkibindən çıxarıldıqdan sonra başlayıb. İlk öncə işçilər arasında yoxlamalar aparılır. Yoxlamalar zamanı məlum olub ki, uzun illərdir QSC-də adi işçi kimi qeydiyyatda olan, lakin işləməyən şəxslər var. "Ölü işçi”lər dərhal QSC-dən çıxarılıb. Ümumilikdə qurumdan 200-ə qədər "ölü işçi”lər azad olunub. Çıxarılan işçilərin əvəzinə isə dəmiryolçuların məvaciblərinin artırılacağı bildirilir. Digər islahatlar yolların təmir-tikinti sektorunda, yeni qatarların alınması və digər sektorlarda da aparılır. Bundan əlavə, "Azərbaycan Dəmir Yolları” QSC-nin şöbə rəisləri də yenilənir. (baku.ws)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA