“Mən Vətənimi necə tanıyıram?” adlı bilik yarışması - FOTOLAR

img

06-11-2015 [13:29]


"Mən Vətənimi necə tanıyıram?” adlı bilik yarışmasının açılış mərasimi və birinci mərhələsi keçirilib.

Mia.az xəbər verir ki, 05 noyabr 2015-ci il tarixdə "Premier Expo” otelində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Mən Vətənimi necə tanıyıram?” adlı bilik yarışmasının açılış mərasimi və birinci mərhələsi keçirilib. Açılışda layihə rəhbəri Pərviz Mustafayev çıxış edərək layihənin məqsədini bildirib və iştirakçılara uğurlar arzulayıb. 

Layihənin məqsədi məktəblilərin intellektual və yaradıcı inkişafına təkan vermək, şagirdlərin intellektual fəaliyyətə daha geniş miqyasda cəlb olunması və asudə vaxtlarının səmərəli təşkili, eyni zamanda da intellektual oyunlar vasitəsilə Azərbaycanımızın mədəniyyəti, tarixi, coğrafiyası, adət-ənənələri barədə bilgilənmələrinə və gənclərin vətənpərvər ruhunda böyüməsinə dəstək olmaqdır.

Nərimanovda
Nərimanovda

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA