06-11-2015 [12:41]
"Müsəlman birliyi hərəkatı”nın sədri, ilahiyyatçı Tale Bağırzadə "Facebook” sosial şəbəkəsi vasitəsilə qurumun sədr müavini Elçin Qasımlının həbs olunmasına kəskin reaksiya verib.
O, bildirib ki, Elçin Qasımlıya qarşı hər hansı hüquqazidd addım atılarsa, bunun əvəzini sərt ödəyəcəklər: "Biz onun dərhal, qeyd-şərtsiz azad olunmasını tələb edirik!”.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Aran Modern.az saytına açıqlamasında birmənalı şəkildə məsələnin komitə ilə heç bir bağlılığının olmadığını vurğulayıb:
"Komitə Azərbaycanın din üzrə siyasətini həyata keçirir. Eyni zamanda, ölkədə mövcud olan müxtəlif dinlərin fəaliyyətinə nəzarət, onlara müəyyən yardımlar edir, köməklik göstərir. Amma sırf dindarlara dindarlığın mahiyyəti barədə məlumat oxumaq bizim işimiz deyil. Tale Bağırzadə dini qrupun lideridir. Onun fəaliyyətini daha çox Qafqaz Müsəlmanları İdarəsi tənzimləyir, əlaqələndirilir. Çünki o, sırf dindardır. Hansısa dindarın fəaliyyəti ilə bağlı məsələnin bizə dəxli yoxdur. O, nə bizim kadrımız, nəzarətimizdə olan birlik, nə də hansısa rayon təşkilatımızın sədridir”.
Komitə rəsmisinin sözlərinə əsaslansaq, belə nəticəyə gəlmək olar ki, istənilən şəxs istədiyi dini birlik, cəmiyyət yaradaraq Azərbaycanda istədiyini edə bilər və bu qətiyyən Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin səlahiyyətinə aid olmayacaq?
Səyyad Aran bu məsələlərin qanunla tənzimlənməli olduğunu deyib:
"Bu müvafiq qurumların hərəkəti və fəaliyyəti qanunla tənzimlənir. Bizim kimisə yönləndirmək ixtiyarımız yoxdur. Ola bilər ki, şəxsin cinayət tərkibli əməli var, bunu hüquq-mühafizə orqanları müəyyənləşdirir. Onu biz tutmamışıq. O birlik həm də bizim qeydiyyatımızdan keçməyib. Məsələ bizlik deyil”.
Xatırladaq ki, Elçin Qasımlı dünən Bakı məscidlərinin birində namaz qılandan sonra polis əməkdaşları tərəfindən saxlanıb.
Bundan hiddətlənən islamçılar və "Müsəlman birliyi hərəkatı”nın fəal üzvlərinin bir qrupu Elçin Qasımlının saxlandığı Sabunçu rayon polis idarəsinin binasını əhatəyə alıblar. Onlar Elçin Qasımlının dərhal azad olunmasını tələb edib. Amma dindarların bu aksiyasına imkan verilməyib. Məlumata görə, bir neçə nəfər də saxlanılıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi