İlham Əliyevin də gedəcəyi toplantı öncəsi İŞİD əməliyyatı - 20 nəfər saxlanıldı

img

06-11-2015 [12:30]


Noyabrın 15-16-sı dünya liderlərini bir araya toplayacaq G-20 Zirvə toplantısından əvvəl təhlükəsizlik tədbirlərini gücləndirmək üçün Türkiyədə İŞİD əməliyyatı keçirilib.

"Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, terror qruplaşması ilə əlaqəsi olan, ikisi qadın olmaqla 20 nəfər saxlanılıb. Saxlanılanlar arasında iki rus vətəndaşı olub. Saxlanılan şəxslərin Antalyada İŞİD üçün fəaliyyət göstərdikləri, İraq və Suriyadakı döyüşçülərlə görüşdükləri məlum olub.

Qeyd edək ki, Antalyanın Bələk bölgəsində bu ay baş tutacaq Zirvə Toplantısında ABŞ, İngiltərə, Rusiya, Yaponiya, Kanada, Almaniya, Fransa, İtaliya, Avstraliya, Braziliya, Argentina, Hindistan, Çin, İndoneziya, Meksika, Səudiyyə Ərəbistanı, Cənubi Afrika, Cənubi Koreya liderləri iştirak edəcək. Qeyd edək ki, Azərbaycan dövlət başçısı İlham Əliyev də tədbirə qonaq qismində dəvətlidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA