Eldar Mahmudovun yaxın adamı “Ağdamlı Dəmir”in oğlu saxlanıldı

img

06-11-2015 [11:35]


MTN-də cinayətkar şəbəkə yaradaraq iş adamlarını soyduğuna görə vəzifəsindən qovulan Eldar Mahmudovun çetesinin üzvləri ilə bağlı hər gün yeni məlumatlar yayılmaqdadır.

İki gün əvvəl eks-nazirə yaxınlığı ilə seçilən və iş adamlarının əlindən alınan avtomobillərin əridilməsi ilə məşğul olduğu deyilən, Azərbaycanın ən böyük avtomobil salonlarının sahibi "Ağdamlı Dəmir” kimi tanınan Dəmir Abdullayevin həbsi ilə bağlı məlumat yayılmışdı.

Sonradan bu xəbər Dəmirin özü tərəfindən təkzib olunmuşdu. Həmin xəbərlərdə qeyd olunurdu ki, məhz Eldar Mahmudova xidmətlərinin hədiyyəsi olaraq Dəmirin oğlu MTN-ə işə götürülübmüş.

Bu gün isə "Qafqazinfo”ya maraqlı məlumat daxil olub. Son məlumatlara görə, Dəmir Abdullayevin MTN-də tədqiqatçı işləyən oğlu artıq saxlanılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA