Bakıda dindarların üsyanı: 20 nəfər həbs edildi -yenilənib

img

06-11-2015 [09:13]


İslamçıların kortəbii etiraz aksiyası dağıdılarkən artıq 20-dən çox adam saxlanılıb.

Virtualaz.org saytının xüsusi müxbiri hadisə yerindən xəbər verir ki, Sabunçu RPİ-nin binası qarşısında aksiya zamanı saxlanılanlar arasında "Müsəlman birliyi hərəkatı”nın üzvləri Ağaəli Yəhyayev, Elxan İsgəndərov və digərləri var.

Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov da artıq hadisə yerindədir.

***

DİN-in xüsusi təyinatlı bölmələri bu dəqiqələrdə Sabunçu Rayon Polis İdarəsinin binasının qarşısına toplaşaraq etiraz edən islamçıların aksiyasını dağıtmağa başlayıb.

İslamçıların liderlərindən biri Elçin Qasımlı və digər radikal dini fəallar hazırda RPİ-nin binasında saxlanılır.

***

Ilahiyyatçı Tale Bağırzadə Elçin Qasımovun saxlanılmasına münasibət bildirib:

"Əziz Müsəlmanlar! Bu zalım rejim başını itirib. Bunlar xalqı ixtişaşa doğru çəkillər. Artıq neçə vaxtı öz zülmkar mahiyyətlərini ortaya qoymaqdadırlar. İndi də, Müsəlman Birliyi Hərəkatının idarə heyətinin sədri, ilahiyyatçı Elçin Qasımlını evinə daxil olarkan polis saxlayıb.Və inanclı insanlar axın-axın Sabunçu Polis İdarəsinə gedirlər. Bir daha qeyd edirəm, ilahiyyatçı Elçin Qasımlıya hər hansı hüquqa zidd adım atılarsa bunun bədəlini sərt şəkildə ödəyəcəklər. Dərhal, qeydsiz-şərtsiz İlahiyyatçı Elçin Qasımlının azad olunmasını tələb edirik! İlahiyyatçı Elçin Qasımlının azadlığı üçün 1000- dən çox vətəndaş Sabuncu Polisinin qarşısındadır.Zillətlə yaşamaqdansa, izzətlə ölmək daha şərəflidir!”
***

Sabunçu Rayon Polis İdarəsi olan əraziyə zirehli avtobuslarla çevik polis alayının əməkdaşları gətirilib. Elçin Qasımovun saxlanılmasından narahat olan dindarlar polis bölməsinin qarşısına toplanıb. Polislər bölmənin qarşısını boşaltmaq üçün çox sayda dindarı polis bölməsinə aparıb. Digər hissəsi isə ərazidən kənar hissəyə uzaqlaşdırılıb. Hazırda Elçin Qasımov Sabunçu RPİ-də saxlanılır. (İslamazeri.az)
***
Artıq çox sayda saxlanılan var. Sabunçu Rayonu Baş Polis İdarəsinin qarşısına gedən yollar DYP tərəfindən bağlanılıb. Jurnalistlərin ərazidə çəkiliş etməsinə maneə törədilir.

***

Hazırda Sabunçu Rayonu Baş Polis İdarəsi qarşısında çox sayda inanclı toplaşıb.

İdarə qarşısında toplaşanlar MBH-nin idarə heyətinin sədri, ilahiyyatçı Elçin Qasımovun sərbəst buraxılmasını tələb edir

***

İlahiyyatçı Elçin Qasımov polis bölməsinə aparılıb. "Müsəlman Birliyi Hərəkatı”nın idarə heyətinin sədri E.Qasımov Maştağada yaşadığı ünvanın önündən polis bölməsinə aparılıb. Onun rəis müavininin maşını ilə qarşısı kəsilib Sabunçu Rayonu Baş Polis İdarəsinə aparıldığı bildirilir.

Bundan bir qədər öncə ilahiyyatçı Elman Ağazadə Lənkaranda polis bölməsinə çağırılıb. Daha sonra sərbəst buraxılıb. (AzadXeber.az)



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA