Bayraq Meydanının eks-rəisi bu obyektə görə həbs olunub - Fotolar

img

05-11-2015 [16:01]


Artıq altı aydır ki həbsdə qalan Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin keçmiş rəisi, "Azİmport” şirkətinin sahibi Rəşad Məmmədovun işi yenidən mətbuatın gündəmindədir.

R.Məmmədovla birgə həbs olunan İsfəndiyar İsfəndiyarovun vəkili dünən "Qafqazinfo”ya müraciət edərək bu işdə zərərçəkən kimi tanınan Zabil Salmanovun ərizəsini təqdim edib. Həmin ərizədə Səbail rayonu Nizami küçəsi 44 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin mülkiyyət hüquqlarını Rəşad Məmmədov, İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədova satdığı və qarşılığında 4 milyon 700 min manat aldığı, eyni zamanda heç bir tələbinin olmadığı əks olunub.

Maraqlısı isə odur ki, məhz şikayətçi Zabil Salmanovun mayın 12-də yazdığı ərizəsindən sonra hər üç şəxs barəsində dələduzluq maddəsi ilə cinayət işi açılıb. Salmanov şikayətində həmin qeyri-yaşayış sahəsi üçün ona tələb olunan məbləğin ödənilmədiyini bildirib.

"Qafqazinfo” əməkdaşları bayraq Meydanı rəisinin istefasına və həbsinə səbəb olan həmin Nizami küçəsi 44 ünvanında olublar və qalmaqallı obyektin fotolarını çəkiblər.

Bayraq Meydanının eks-rəisi bu obyektə görə həbs olunub  -  Fotolar
Bayraq Meydanının eks-rəisi bu obyektə görə həbs olunub  -  Fotolar
Bayraq Meydanının eks-rəisi bu obyektə görə həbs olunub  -  Fotolar
Bayraq Meydanının eks-rəisi bu obyektə görə həbs olunub  -  Fotolar


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA