05-11-2015 [11:28]
Xəbər verdiyimiz kimi, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun daha bir yaxın adamı - "Ağdamlı Dəmir” kimi tanınan məşhur avtomobil alverçisi ötən həftə saxlanılıb.
Yayılan məlumatda bildirilir ki, Bakının bir neçə mərkəzi yerlərində böyük avtomobil salonları (eləcə də Badamdardakı 3 mərtəbəli "Avtomobil dunyası”nın sahibidir –red.) olan "Dəmir” nazir Eldar Mahmudovun şəriki olub. Məlumata görə, o, ölkədə ən bahalı avtomobillərin satışıyla məşğul imiş:
"Onun həbsinə səbəb isə MTN-in iş adamlarına divan tutması prosesində, daha doğrusu, iş adamlarının şikayətlərində adı keçən əsas şəxslərdən biri olmasıdır. Araşdırma zamanı məlum olub ki, MTN-in toruna düşən adamların avtomobillərini məhz "Dəmir” "əridirmiş”. Belə ki, bəzi iş adamları onlardan tələb olunan məbləğləri düzəldə bilməyəndə özlərinin bahalı avtomobillərini təhvil verməyə məcbur olublar. Belə hal olduqda həmin şəxslər "Dəmirə” yönləndirilib. Bundan başqa həm də "Dəmir” bahalı avtomobil alanlar, yəni növbəti hədəf ola biləcək şəxslər barədə MTN-ə məlumatlar ötürürmüş".
Qeyd olunur ki, "Dəmirin” nazirlə çox yaxın münasibətləri olub. Elə bu münasibətlərə görə də, nazir onun oğlunun birinə MTN-də məsul vəzifə hədiyyə edib/aznews.az/.
Mia.az-ın əldə etdiyi məlumata görə, "Dəmir" həqiqətən də nazir Eldar Mahmudovla çox yaxın olub. Bu yaxınlıq o qədər irəliyə gedib ki, "Ağdamlı Dəmir" hətta Eldar Mahmudovun vasitəsiylə rayonlara icra başçısı, MTN-nin rayon şöbələrinə rəis təyinatında da böyük rol oynayıb:
"Adıçəkilən biznesmenin əsas yaxınlıq etdiyi, daha doğrusu, karyerasının yüksələməsinə kömək etdiyi vəzifəli şəxslərdən biri də Ağdamın icra başçısı Raqub Məmmədovdur. Bu, o Raqub Məmmədovdur ki, icra başçısı təyinatına qədər MTN-nin Tərtər rayon şöbəsində rəis olub. Məhz "Ağdamlı Dəmir"in "hərtərəfli dəstəyi" ilə o, çoxunun gözləmədiyi halda 16 aprel 2014-cü ildə Ağdama icra başçısı təyin olundu".
Mia.az-a verilən məlumata görə, təyinatından ta Eldar Mahmudovun vəzifədən çıxarılması, "Ağdamlı Dəmir"in həbsinə qədər də Raqub Məmmədov adıçəkilənlərin tapşırığı ilə hərəkət edib: "Düzdür, indi "Ağdamlı Dəmir"in saxlanıldığı deyilir. Yəqin ki, Raqub Məmmədov sonadək onunla gizli anlaşmasına əməl edəcək. Onların arasındakı "gizli anlaşma" və rayonda toplanan maliyyənin hansı prinsiplərlə bölüşdürülməsi, digər biznes maraqları haqda hələlik təfərrüatlı danışmaq istəmirəm. Yalnız onu deyə bilərəm ki, Eldar Mahmudovun "vurulması", "Ağdamlı Dəmir"in həbsi Raqub Məmmədova çox çətinliklər yaradacaq".
İddialarla bağlı Raqub Məmmədovdan münasibət öyrənə bilmədik. Onun da mövqeyini dinləməyə hazırıq.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi