04-11-2015 [17:39]
Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr İdarəsinin rəisi Arif Babayev son vaxtlar nazirlik haqqında yayılan müxtəlif məlumatlarla bağlı APA-nın suallarını cavablandırıb.
Mia.az müsahibəni oxuculara təqdim edir:
- Milli Təhlükəsizlik Nazirliyində bəzi əməkdaşların işdən uzaqlaşdırılması, yenilərinin təyinatı ilə əlaqədar müxtəlif informasiyalar yayılır. Bəzi məlumatlara görə coxlu sayda əməkdaş işdən çıxarılıb. Bunlar nə qədər həqiqətə uyğundur?
- Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan möhtərəm İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətində əsaslı dönüş yaradılması, şəxsi heyətdə nizam-intizamın daha da gücləndirilməsi və peşə keyfiyyətlərinin yüksəldilməsi istiqamətində qarşıya ciddi vəzifələr qoyub. Bununla əlaqədar, hazırda Milli Təhlükəsizlik Nazirliyində genişmiqyaslı, məqsədyönlü və təxirəsalınmaz tədbirlər həyata keçirilir. Görülən tədbirlər çərçivəsində, mövcud nöqsanların və çatışmazlıqların aradan qaldırılması məqsədilə hərbi vəzifə və hərbi xidmət haqqında qanunvericilik aktlarının tələblərini kobud şəkildə pozmuş, hərbi qulluqçu kimi üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyən, həmçinin əməliyyat-xidməti fəaliyyətdə ciddi qüsurlara və intizamsızlığa yol vermiş bir sıra əməkdaşlar vəzifələrindən uzaqlaşdırılıblar.
Bununla yanaşı, milli təhlükəsizlik nazirinin 1-ci müavini, nazir vəzifələrini icra edən general-leytenant cənab Mədət Quliyevin göstərişi ilə, vaxtilə milli təhlükəsizlik orqanlarında uzun illər işləmiş, lakin müəyyən səbəblərlə xidmətdən uzaqlaşdırılmış bir sıra əməkdaşların şəxsi işlərinə yenidən baxılır. Artıq bir neçə peşəkar əməkdaş yenidən xidmətə qəbul olunub və müvafiq vəzifələrə təyinatlar aparılıb.
- Milli Təhlükəsizlik Nazirliyi ilə bağlı baş verən son hadisələrə dair KİV-də cürbəcür versiyalar sürülür, fikirlər təqdim olunur. Yayılan məlumatlarla bağlı fikirlərinizi bilmək istərdik.
- Baş vermiş son hadisələrə ictimaiyyətin maraq göstərməsi başa düşüləndir. Lakin bəzi məsələlərin, o cümlədən xüsusi xidmət orqanında kadr təyinatları ilə əlaqədar xəbərlərin doğru, yaxud qeyri-səhihliyindən asılı olmayaraq, həmin məlumatların yayılmasında ehtiyatlı olmaq lazımdır. Çünki Milli Təhlükəsizlik Nazirliyinin qanunvericiliklə müəyyən edilmiş qaydada, səlahiyyətləri çərçivəsində həyata keçirdiyi fəaliyyəti özünün spesifikliyi, o cümlədən konspirasiya, aşkar və qeyri-aşkar üsul və vasitərlərdən istifadə etməklə fərqlənir. Bu baxımdan və ümumiyyətlə geniş mənada götürüləndə də aydın başa düşülməlidir ki, milli təhlükəsizliyin təmin olunması işində - aidiyyəti orqanlarla yanaşı bu məsuliyyəti bölüşməli olan, vəzifə borcunu düzgün qiymətləndirən KİV-lər ölkənin milli mənafeləri və təhlükəsizliyi ilə bağlı mövzuların işqlandırılması məsələlərinə həssas yanaşmalı və diqqətli olmalıdırlar. Məsələn, son vaxtlar bəzi qəzetlərdə və saytlarda "MTN işi”, "MTN şəhidin qardaşının pulunu aldı” və ya "MTN qalmaqalı” kimi absurd, heç bir məntiqə sığmayan qərəzli başlıqlar və məlumatlar manşetlərə çıxarılır. Bu qəti yolverilməzdir. MTN - Milli Təhülkəsizlik Nazirliyi deməkdir. Bu dövlətin icra hakimiyyəti qoluna aid olan mərkəzi icra hakimiyyəti orqanıdır. Dövlət orqanının adının bu cür müxtəlif mənfi çalarlarla hallandırılması, təqdim olunması heç bir vəchlə dövlətçiliyə xidmət etmir.
Bəli, ictimaiyyətə məlumat verildiyi kimi, Milli Təhlükəsizlik Nazirliyinin ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və yol verilmiş digər qanun pozuntuları faktları üzrə cinayət işi başlanıb, nazirliyin bir neçə vəzifəli şəxsi Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə məhkəmənin qərarları ilə təqsirləndirilən şəxs qismində cəlb olunublar.
Eyni zamanda, Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyi tərəfindən hazırda əməliyyat-xidməti fəaliyyətdə mövcud nöqsanların, pozuntuların və çatışmaqlıqların aradan qaldırılması məqsədilə kəsərli tədbirlər görülür.
Lakin təqsirləndirilən şəxs qismində cəlb olunmuş bir qrup şəxsə görə bütöv bir dövlət orqanının adının müxtəlif mənfi formada hallandırılması qəbul ediləsi deyil. Unutmaq olmaz ki, Azərbaycanın milli təhlükəsizlik orqanlarının tarixi Azərbaycan Xalq Cümhüriyyətindən başlanır. Ümummilli lider Heydər Əliyev zəngin və mənalı ömrünün 25 ilini bu orqanlarda xidmətə həsr edib. Ulu öndərin azərbaycanlıq, vətənpərvərlik, dövlətçilik irsini layiqincə mənimsəmiş bütöv bir nəsil yetişmişdir. Həmin xüsusi xidmət zabiti korpusu bu məktəbin şanlı ənənələrini qoruyaraq indi də xidmətini şərəflə davam etdirir. Milli Təhülkəsizlik Nazirliyinin əməkdaşları ölkəmizin müstəqilliyi uğrunda, torpaqlarımızın erməni işğalçılarından qorunması və azad edilməsi yolunda canlarını qurban veriblər. Bu gün MTN-in Heydər Əliyev adına Akademiyasında gələcəyin təhlükəsizlik zabiti olacaq xeyli sayda gənc oğul və qızlarımız kursant qismində təhsil alır. Əlbəttə ki, bu cür düşünülməmiş məlumatların KİV-də yer alması xoş təsir bağışlamır.
Bundan başqa, yaddan çıxarmamalıyıq ki, Azərbaycan müharibə şəraitində olan ölkədir. Yaxın bölgələrdə baş verən qanlı hadisələr, o cümlədən tüğyan edən beynəlxalq terrorçuluğun doğurduğu təhlükələr fonunda milli KİV-imizdə Milli Təhlükəsizlik Nazirliyinin bir dövlət orqanı kimi nüfuzunun aşağılanması düzgün addım deyil.
- Hazırda milli təhlükəsizlik naziri vəzifəsinə təyinat olmayıb. Bununla bağlı müxtəlif xəbərlər dolaşmaqdadır. Bu barədə nə deyə bilərsiniz?
- Bununla bağlı onu deyə bilərəm ki, nazir vəzifəsinə təyinat məsələsi yalnız möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müstəsna səlahiyyətinə aiddir. Eyni zamanda o da qeyd olunmalıdır ki, Milli Təhlükəsizlik nazirinin 1-ci müavini, nazir vəzifələrini icra edən general-leytenant cənab Mədət Quliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin bütün əmr və göstərişləri Milli Təhlükəsizlik Nazirliyində dərhal və vicdanla yerinə yetirilir.
Milli Təhlükəsizlik Nazirliyi ölkəmizdə sabitliyin və təhlükəsizliyin etibarlı təmin edilməsi üzrə müsbət fəaliyyətini əzmlə davam etdirir. Ölkənin digər hüquq-mühafizə orqanları ilə birlikdə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən Azərbaycanın milli maraqlarına və təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması üçün bütün zəruri qabaqlayıcı, preventiv tədbirlər həyata keçirilir. Əməliyyat şəraitinə nəzarət olunur.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi