Putin “Puşkin” medalını Leyla Əliyevaya təqdim edib

img

04-11-2015 [17:36]


Rusiya prezidenti Vladimir Putin "Puşkin” medalını Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya təqdim edib.

Mia.az APA-ya istinadən xəbər verir ki, 4 noyabr Milli Birlik Günü münasibətilə Kremldə keçirilən təntənəli qəbulda Rusiya prezidenti dövlət mükafatlarını təqdim edib.

Leyla Əliyeva bu medala Rusiya Federasiyası ilə dostluq və əməkdaşlığın möhkəmləndirilməsi, iqtisadi əlaqələrin inkişafı və xaricdə rus dili və mədəniyyətinin qorunub saxlanılması və populyarlaşmasına verdiyi töhfələrə görə layiq görülüb. Rusiya prezidenti bu barədə oktyabrın 20-də fərman imzalayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA