Putindən Azərbaycanla bağlı önəmli sərəncam

img

04-11-2015 [17:17]


Rusiya prezidenti Vladimir Putin Rusiya və Azərbaycan arasında qarşılıqlı investisiyaların təşviqi və qorunması haqqında sazişin ratifikasiyası ilə bağlı federal qanun imzalayıb.

Bu barədə Kremlin rəsmi saytında məlumat yerləşdirilib. "Saziş Rusiya federasiya və Azərbaycan Respublikası arasında qarşılıqlı sərfəli ticarət-iqtisadi və elmi-texniki əməkdaşlığın inkişafı üçün əlverişli şəraitin yaradılmasına yönəldilmişdir”, - deyə sənəddə bildirilir.

Qeyd edək ki, federal qanun Rusiya Dövlət Duması tərəfindən 23 oktyabr 2015-ci il tərəfindən qəbul olunub, 28 oktyabr 2015-ci ildən isə Federasiya Şurası tərəfindən təsdiqlənib.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA