Mədət Quliyev MTN-də sərt qayda yaradıb: General vəzifəlilərə "şaqat" etdirib...

img

04-11-2015 [15:07]


Oktyabrın 17-də vəzifəsini itirən milli təhlükəsizlik naziri Eldar Mahmudovun həbsi gün keçdikcə aktuallaşır.

Bu barədə Mia.az-a daxil olan məlumata görə, sabiq nazirin azad olunmasından 3 gün sonra MTN-ə birinci müavin təyin edilən və hazırda nazirin səlahiyyətlərini icra edən general Mədət Quliyevin daxildə apardığı islahat və təftişlər, həmçinin həyata keçirilən çoxsaylı həbslər Eldar Mahmudovun həbsinə zəmin yaradır.

Mia.az-a verilən məlumatda o da bildirilir ki, Eldar Mahmudov hazırda evindədir. Hələlik onunla bağlı hər hansı bir əməliyyat-istintaq tədbirləri həyata keçirlməyib...

Məlumatda o da bildirilir ki, Mədət Quliyevin MTN-ə gəldiyi gündən iş rejimi də dəyişib: "Mədət Quliyev MTN-ə gəldiyi gün xidməti kabinetinə keçməyib. O, nazirliyin bütün vəzifəli şəxslərini uniformada həyətə düşərərək, "şaqat" etdirib. Üstəlik, onların qarşısında çox sərt çıxış edərək, hamısına xəbərdarlıq eləyib. Bundan əlavə, oktyabrın 20-dən MTN-nin vəzifəli şəxslərinin hamısına uniformalarını geyinmələri ilə bağlı göstəriş verib. İndi MTN-çilər əvvəlki kimi istədikləri geyimdə işə gələ bilmirlər...".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA