Rəqibindən Əsabil Qasımova şok ittihamlar

img

04-11-2015 [11:30]


"79 saylı İmişli DSK-da deputat seçdirilmiş Əsabil Qasımov bu beşillikdə də ulu öndər Heydər Əliyevin,ŞƏHİD ailələrinin,QARBAĞ qazilərinin yanında gözükölgəli qalacaq".  

Bu fikirləi 79 saylı İmişli seçki dairəsindən keçmiş namizəd Habil Şirinovun bəyanatında yer alıb. 

Keçmiş namizəd daha sonra bunları qeyd edib: 

"Ona dəfələrlə İmişli rayonunda yerləşən Heydər Əliyevin adına olan parkdan adının inkar edilməsi,SƏHİDLƏR XİYABINININ adının inkar edilərək Mədəniyyət və Turizm nazirliyinin istirahət parkına çevrilməsinə dair cavab verməməsi,bu ciddi məsələni parlamentdə çoxluq təşkil edən YAP-çı deputatlara bildirməməsi fakt olaraq qalır. İmişli rayonu icra hakimiyyəti Mərkəzi xəstəxananın qarşısındakı parkdan 611 ağacı kəstirdirərək üç nəfər oliqarxa satmaq məqsədi ilə 2006-cı il tarixli 19 saylı sərəncamla parkdan 6,5 ha Heydər Əliyev parkına köçürülmüş, 2,5 ha isə ŞƏHİDLƏR XİYABANINA köçürülmüşdür.Beləliklə 1990-cı ilin əvvəllərində ŞƏHİDLƏR XİYABANI adı verilən park Mədəniyyət və Turizm nazirliyinin filialı,2004-cü il tarixdə Heydər Əliyevin adının əbədiləşdirilməsi üçün verilmiş sərəncam inkar edilərək park Mədəniyyət və Turizm Nazirliyinin istirahət parkı adlandırılmışdır. Ən acinacaqlı fakt odur ki, parka yenicə çəkilmiş cigidə Heydər Əliyevin heykəli və 54 ŞƏHİDİN məzarları göstərilməmışdir.İndi Əsabil Qasımov hansı üzlə Ulu Öndərin və Şəhidlərin məzarı üzərinə gül dəstələri qoyur. Bu barədə edilən şikayətlərə ona görə reaksiya verməyib ki, parkı satın alan 3 oliqarx onun yaxın çevrəsinə daxildir. Dəhşət budur ki,torpaq komitəsinin keçmiş sədri Ulu Öndərə olan məhəbbətinə əsasən bu faktı Şirvan İnzibatı-İqtisad Məhkəməsində iddia qaldırmış, parkların əvvəlki statuslarına qaytarılmasını tələb etmiş, əfsuslar ki, məhkəmənin hakimi İsmayıl adlı şəxs Əsabil Qasımov və çevrəsinin təsirləri nəticəsində iddianı baxılmamış saxlamışdır. 

Beləliklə, nazir Hüseynqulu Bağırov və komitə sədri Kərəm Həsənov ləğv edilmiş torpaq komitəsinin varisləri kimi bu ciddi məsələ ilə maraqlanmamışlar. Amma mənim deputat seçilməyimə imkan verilmədiyinə baxmayaraq bu məsələni gündəmdə saxlayacam və Şəhidlər Xiyabanının bərpa olunmasına çalışacağam.

Bu məsələyə görə mən 2008-ci ildə qondarma vasitələrlə həbs edilmişdim".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA