Prezident İlham Əliyev Şəkidə

img

04-11-2015 [11:29]


Azərbaycan prezidenti İlham Əliyevin şimal-qərb bölgəsinə səfəri başlayıb.Dövlət başçısının regionlara səfəri başalayıb.


İlham Əliyev ilk olaraq Zaqatalaya gedib. Mədəniyyət və İstirahət Parkında Heydər Əliyevin abidəsini ziyarət edən dövlət başçısı Müəllimlər İnstitutunun rayon filialının binasının, uşaq bağçası, avtomobil yolunun açılış mərasimlərində iştirak edib.

Bundan sonra isə prezidentin Qax rayonuna səfəri başlayıb. Dövlət başçısı Qaxdan sonra Şəkiyə səfər edib. Onun bu şəhrədə də bir çox açılışa qatılacağı gözlənilir. 10 rayonu əhatə edən məhkəmələr kompleksinin açılışında iştirak edəcək, Marxal istirahət mərkəzindəki təmir tikinti işləri ilə maraqlanacaq, məktəb, uşaq baxçası, Şəki-Zaqatala magistral yolunun açılışına qatılacaq.

Dövlət başçısı müntəzəm olaraq regionlara səfər edir. Onun Şəkiyə son səfəri 2013-cü ildə baş tutub. İ.ƏLiyev hətda Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanla (o zamankı baş nazir) birlikdə də bir neçə il öncə bu rayonda olub.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA