Vaqif Axundov nazir təyin olunacaq? - Iddia

img

04-11-2015 [10:49]


Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi general Vaqif Axundovun Milli təhlükəsizlik naziri təyin olunacağı gözlənilir.

Mia.az xəbər verir ki, məlumatı azadliq.info yayıb. Xəbərdə bildirilir ki, son vaxtlar XDMX-dən MTN-ə olan bir sıra transferlər də səbəbsiz deyil, bu, general Vaqif Axundovun MTN rəhbərliyinə gətirilməsi ilə bağlıdır.

Saytın yazdığı digər xəbərə görə, "Sədərək” Ticarət Mərkəzində çalışan 50-dən çox sahibkar "MTN işi” ilə bağlı istintaqa çağırılıb. Buna səbəb MTN-dəki şəbəkənin vaxtaşırı "Sədərək” Ticarət Mərkəzindəki sahibkarları şantaj edərək onlardan xərac alması ilə bağlıdır. İstintaq bu məsələnin bütün detallarını üzə çıxarmaq üçün sahibkarların dindirilməsi zəruri sayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA