04-11-2015 [00:33]
2015-ci il noyabrın 1-də Azərbaycan Milli Məclisinə keçirilmiş seçkilərdə Böyük Quruluş Partiyasının (BQP) namizədi kimi 8 saylı Binəqədi I seçki dairəsi üzrə deputatlığa namizədliyi qeydə alınmış Dürdanə Aslanzadə bəyanat verib.
Bəyanatda son illər ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü və uzaqgörən siyasətin nəticəsində müstəqil Azərbaycan çoxsaylı uğurlara imza atdığı bildirilir
"Bu uğurlar ölkəmizin daxili sabitliyinə və xalqımızın inkişafına zəmin yaratmaqla, beynəlxalq aləmdəki nüfuzunun günbəgün artmasına səbəb olub. Azərbaycan xalqının maraq və mənafeyinə xidmət edən bu siyasətin bariz nümunəsi kimi ölkəmizdə tətbiq edilən demokratik seçki təcrübəsini göstərmək olar. Azərbaycanın qanunvericiliyi ilə təsbit olunmuş və 18 yaşına çatmış hər bir vətəndaşımıza seçmək, seçilmək hüququnu verən bu qanunvericilik, əslində Azərbaycan dövlətinin xalqına verdiyi yüksək dəyərin ifadəsidir”.
D.Aslanzadə bildirib ki, Milli Məclisə keçirilən seçkilər də ölkəmizin uğurlu seçki təcrübəsinin tərkib hissəsi olaraq xalqımızın iradəsinin təntənəsi kimi qiymətləndirilə bilər: "Bu seçkilər mənim və təmsil etdiyim siyasi partiya üçün də yaddaqalan oldu. Belə ki, mən də bu seçkilərdə ölkəmizin nüfuzlu siyasi partiyalarından biri olan Böyük Quruluş Partiyasının 8 saylı Binəqədi I seçki dairəsi üzrə deputatlığa namizədi kimi iştirak etdim. Seçkilərdə siyasi mənsubiyyətindən və mövqeyindən asılı olmayaraq, hər bir namizədə bərabər şəraitin yaradıldığını, onların qeydiyyata alınması prosesindən başlayaraq təbliğat-təşviqat dövründə, xüsusilə də seçkilər günü heç bir problem və maneə ilə rastlaşmadıqlarının şahidi oldum”.
Onun sözlərinə görə, hətta seçki prosesini izləmək üçün dairə və dairənin 40 seçki məntəqəsi üzrə qeydiyyatdan keçmiş müşahidəçilərə də hər cür şərait yaradılmışdı: "Bir sözlə, dövlət bütün namizədlərə siyasi marafonda sərbəst mübarizə aparmaları üçün öz dəstəyini əsirgəmədi. Mən də Böyük Quruluş Partiyanın deputatlığa namizədi olaraq yaradılan bu şəraitdən razılığımı bildirir və seçkilərin demoktarik, ədalətli və şəffaf keçirildiyini bəyan edirəm. Seçkilər siyasi rəqabətdir, burada udmaq da, uduzmaq da qələbədir. Önəmli olan seçkilərdə öz gücünü sınamaq və sağlam rəqabətin nəticəsi olaraq uduzacağın təqdirdə belə xalqının istək və arzularına hörmətlə yanaşmaqdır
Mən də deputatlığa namizəd olaraq Binəqədi seçicilərinin iradəsini əks etdirən seçkilərin nəticəsini alqışlayır və seçicilərin etimadını qazanaraq qalib namizəd olan Quliyev Azay Əjdər oğlunu təbrik edirəm. Onun qələbəsi hər birimizin qələbəsidir. Çünki o, Binəqədi seçicilərinin seçimidir. Seçicilərin seçimi isə sorğu-sual olunmur. Xalqımız istənilən vaxtda öz müdrik qərarlarını verir və sevib-seçdiyi namizədi dəstəkləyir. Bizə də qalib namizədləri dəstəkləmək və təbrik etmək düşər.
Mən bir daha Azərbaycanda, eləcə də deputatlığa namizədliyimin irəli sürüldüyü 8 saylı Binəqədi I seçki dairəsində parlament seçkilərinin Azərbaycan qanunvericiliyinə, Seçki Məcəlləsinə uyğun keçirildiyini bəyan edir və biz namizədlər üçün yaradılan bərabər mühitə görə ölkə rəhbərliyinə öz səmimi minnətdarlığımı ifadə edirəm”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi