Xarici pasport almaq daha da “ASAN”laşdı

img

03-11-2015 [11:21]


3 noyabr 2015-ci il tarixindən etibarən Azərbaycan Respublikasının vətəndaşları ölkə üzrə qeydiyyat məhdudiyyəti olmadan istənilən "ASAN xidmət” mərkəzlərinə müraciət edərək ümumvətəndaş pasportlarını verilməsi və dəyişdirilməsi xidmətindən yararlana biləcəklər.

Vətəndaşlar "ASAN xidmət" mərkəzlərində göstərilən xidmətlər barədə ətraflı məlumatı 108 Çağrı mərkəzi, www.asan.gov.az internet və sosial şəbəkələrdəki rəsmi səhifələrdən əldə edə bilərlər. 

Qeyd edək ki, "ASAN xidmət" mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA