03-11-2015 [10:05]
Sabiq baş prokuror, Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovun Azərbaycana qəfil gəlişi geniş müzakirələrə yol açıb, bununla bağlı xeyli versiyalar dövriyyəyə buraxılıb. Bəzi mətbuat orqanları səfirin gəlişini Vergilər Nazirliyində yüksək vəzigədə çalışan qardaşının ətrafında yaşanan narahatlıqlarla əlaqələndirib.
İddia olunub ki, diplomat qardaşını təhlükələrdən qorumaq üçün Bakıya qəfil gəlib. Ancaq başqa versiyalar da var. Belə ki, E.Həsənovun MTN rəhbərliyinə gətirilməsi ideyasının olduğu da bildirilir. Bütün bu yazılanlarla əlaqədar diplomatın fikirlərini öyrənmək istədik. Məlum oldu ki, səfir artıq geri dönüb və iş başındadır.
- Eldar müəllim, sizin Bakıya qəfil gəlişiniz ətrafında müzakirələr aparılır. Bu barədə yazılarda iddia olunur ki, qardaşınızı xilas etmək üçün ölkəyə təcili gəlmisiniz...
- Əvvəla, onu deyim ki, mən xilaskar deyiləm. İkincisi də boş, mənasız cəfəngiyyatlara zaman ayırmağa mənim nə vaxtım, nə həvəsim, nə istəyim var. Çox təşəkkür edirəm ki, məni aramısınız, bu məsələ ilə bağlı mənə müraciət etmisiniz. Amma bir şeyi bilin ki, hər boş cəfəngiyyata ayrılan vaxta yazıqdır. Bu vaxtı faydalı işə sərf etmək olar. Bütün bunlar əhəmiyyətsiz məsələlərdir.
- Təbii ki, bütün bunlar sıradan bir nəfərin barəsində yazılsaydı, əhəmiyyət verməmək, üstündən keçmək olardı. Sizinlə bağlı isə məlumatlar təkcə qardaşınızla bağlı deyil. Hətta sizin milli təhlükəsizlik naziri postuna təyin olunacağınız barədə də məlumatlar yayılıb...
- Tam yanlış, boş, heç bir əsası olmayan məlumatlardır. Nəinki həqiqət olmayan, hətta həqiqətə yaxın gəlməyən məlumatlardır, şayiələrdir. Mən heç bir yerə nazir gedəsi deyiləm, belə bir məsələ də yoxdur. Tutduğum vəzifəmdən, taleyimdən də çox razıyam, işimdən də çox məmnunam.
- Eldar müəllim, Sizin səfəriniz Monteneqronun baş nazirinin Bakı səfəri ilə eyni vaxta təsadüf etdi. Bu barədə nə deyə bilərsiniz?
- Bu, bir protokol qaydadır ki, bir ölkəyə prezident, baş nazir gələndə səfir onları müşayiət etməlidir. Mən də Monteneqronun baş nazirini Bakı səfərində müşayiət etmişəm. Tədbir qurtarandan sonra da qayıdıb işimə, fəaliyyətimə başlamışam. Bundan başqa deyilənlər hamısı hekayədir, nağıldır.
- Yazılanlara görə, sizin seçki ərəfəsinə Azərbaycana gəlməkdə bir məqsədiniz də olub: Kəlbəcər dairəsi üzrə seçkilərə qatılan Cavid Qurbanovla İsgəndər Həmidovu barışdırmaq istəyirmişsiniz. Bu barədə nə deyə bilərsiniz?
- Harda barış varsa, orda varam. Əlbəttə, çox arzu edirəm ki, ölkəmizin hər bir guşəsində, hər bir cəmiyyətdə, hər bir qurumda barış olsun. Çünki uğurlar, gələcək barışdan, milli birlikdən keçir. Belə bir missiya üzərimə düşməyib. Belə bir məsələ olmayıb. Olsa belə, mən barışa tərəfdar olaram(Musavat.com).
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi