Nazir müavininə medal verildi

img

02-11-2015 [23:11]


Kalmıkiya Respublikasının Teatr Xadimləri İttifaqının sədri Tatyana Mixeyeva "Azərbaycan və Rusiya teatr əlaqələrinin genişləndirilməsində göstərdiyi dəstəyə görə” Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin "Stanislavski medal”ı ilə təltif olunduğunu bildirib.

Mia.az report-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi oktyabrın 25-dən 31-dək Rusiya Federasiyası Kalmıkiya Respublikasında qastrol səfərində olub.

Səfər çərçivəsində teatrın rəhbərliyi və aktyorları Kalmıkiyanın nüfuzlu mükafatları ilə təltif edilib.

Kalmıkiya Respublikasının Teatr Xadimləri İttifaqının təsis etdiyi "Stanislavski medal”ı isə mədəniyyət və turizm nazitrinin müavini Ədalət Vəliyevə təqdim edilib.

Mükafatın Ə.Vəliyevə çatdırılması üçün Gənc Tamaşaçılar Teatrının direktoru, əməkdar artist Mübariz Həmidova təqdim ediblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA