Azərbaycan vətəndaşlarının İranda vizasız qalma müddəti uzadıldı

img

02-11-2015 [18:39]


İran Azərbaycan vətəndaşlarının bu ölkədə vizasız qalma müddətini 30 günədək uzadıb.   

Bu barədə Trend-ə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin bildirib. 

Səfir qeyd edib ki, Azərbaycan vətəndaşlarının İranda vizasız qalma müddəti 15 gündən 1 ayadək uzadılıb. Xatırladaq ki, İran Azərbaycan vətəndaşları üçün viza rejimini birtərəfli qaydada ləğv edib və 2010-cu il fevralın 1-dən etibarən İrana gedən Azərbaycan vətəndaşlarından viza tələb olunmur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA