İlham Əliyev Ərdoğana zəng edib

img

02-11-2015 [17:12]


Prezident İlham Əliyev noyabrın 2-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı hakim Ədalət və İnkişaf Partiyasının Türkiyə Böyük Millət Məclisinə seçkilərdə inamlı qələbəsi münasibətilə təbrik edib, Türkiyə prezidentinə fəaliyyətində yeni-yeni uğurlar, qardaş Türkiyə xalqına əmin-amanlıq və tərəqqi arzulayıb.

Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını bildirib, öz növbəsində hakim Yeni Azərbaycan Partiyasının parlament seçkilərində böyük səs çoxluğu ilə qələbə qazanması münasibətilə təbriklərini çatdırıb, prezident İlham Əliyevə ali dövlətçilik fəaliyyətində uğurlar, Azərbaycan xalqına firavanlıq arzulayıb.

Dövlət başçıları iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA