02-11-2015 [14:05]
Daimi oxucularımızdan biri Avtosfer.az-a maraqlı müraciət və videomaterial göndərib.
Oxucu bildirir ki, 04.09.2015 tarixində Mikayıl Müşviq küçəsində hərəkət edən 99-YP-407 qeydiyyat nişanlı Yol Patrul Xidməti avtomobilinin sürücüsü Parlament prospektinə dönərkən yol nişanının tələbini pozub və ona yol verməyib. Bununla bağlı vətəndaş Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə müraciət edərək yollarda bu cür intizamsızlığa yol verən əməkdaşların inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş edib. Lakin Bakı şəhər DYPİ-nin rəisi, polis polkovniki Nüşrəvan Səfərov vətəndaşa elə bir cavab yazıb ki, «ehitdiyimə yox, gördüyümə inanıram» deyənlər də təəccüblənib…
Videodan da görünür ki, sol zolaqda ancaq düzünə hərəkət təşkil olunub. Lakin həmin sürücü düzünə hərəkət olan zolaqda sağa dönür və eyni istiqamətdə gedən nəqliyyat vasitəsinə yol vermir. Ondan qarşıda gedən YPX avtomobilinin qeydiyyat nişanı kameraya aydın düşməsə də, pozduğu qayda açıq-aşkar görünür ki, zolaqlar üzrə düzgün yerləşmir.
Vətəndaş yol polisinə yazdığı şikayətdə bildirir ki, bu problem ümumi respublikadakı sürücülərdə də var: «Məsələn; zolaqlar üzrə düzgün yerləşmirlər, zolaqlar üzrə yerdəyişmə etdikdə dönmə işığını yandırmırlar və s. Bu problemlərin aradan qaldırılması üçün ilk növbədə YPX inspektorları nəqliyyat vasitəsini idarə etməkdə, qaydaları sevməkdə və ona riayət etməkdə vətəndaşlara nümunə olmalıdır. Mənim kimi qanunsevər vətəndaşlar sürücüləri maarifləndirir, ancaq belə polislər sürücülərə pis nümunə olur.
YHQ-nın 74 cü maddəsinin 2 ci hissəsində və 48 ci maddəsinin 1 ci hissəsində göstərilib ki, operativ nəqliyyat vasitələri sayrışan işıqlarını və xüsusi səs siqnalını qoşduqdan sonra bu qanunun tələblərindən kənara çıxa bilər. Bu sürücü heç sayrışan işığınıda qoşmayıb. Videodakı tarix videoqeydiyyatçının səhvidir. Əgər tarixlə bağlı şübhə olarsa həmin ərazidəki «Təhlükəsiz şəhər» kamerası vasitəsi ilə görüntülərə baxa bilərsiniz. Xahiş edirəm ki, bu videodakı 99-YP-407 qeydiyyat nişanlı YPX avtomobilinin sürücüsünü məsuliyyətə cəlb edib protokol tərtib edəsiniz və həmin protokolun surətini yaşadığım ünvana və yaxud elektron ünvanıma göndərəsiniz.
İnzibati Xətalar Məcəlləsinin 7.1 ci maddəsində də qeyd olunub ki, milliyətindən, dilindən, dinindən, tutduğu vəzifədən aslı olmayaraq heç kəs məsuliyyətdən azad oluna bilməz!».
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovniki Nüşrəvan Səfərovun vətəndaşı yazdığı cavabda isə qeyd olunur ki, məsələ araşdırılıb, videogörüntələrə baxılıb və həmin yol polisi əməkdaşının qayda pozması təsdiqini tapmayıb. Rəisin imzası ilə gələn məktubun mətni belədir: «YPX əməkdaşı həmin vaxt M.Müşfiq küçəsi ilə hərəkət edən zaman xüsusi təyinatlı nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə tağım komandiri tərəfindən Y.Səfərov küçəsinə yaxınlaşmaq barədə göstəriş alıb, digər hərəkət iştirakçılarını məlumatlandırmaq üçün patrul avtomobilinin xəbərdaredici sağa dönmə siqnalından istifadə etməklə hər hansı bir avtomobilə maneə törətmədən sağa dönüb hərəkətini davam etdirib.
Araşdırma zamanı YPX əməkdaşı tərəfindən hüquqazidd hərəkətlərə yol verilməsi halları müəyyən edilməyib».
Elmin
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi