İqbal Ağazadə, yoxsa Araz Əlizadə: - MSK 27 məntəqənin nəticəsini hələ açıqlamır

img

02-11-2015 [10:18]


35 saylı Xətai III Seçki Dairəsində bu saata qədər 6 məntəqənin nəticələri açıqlanıb.

 

Mərkəzi Seçki Komissiyası xəbər verir ki, Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə 1817 səslə liderdir.

 

Ümid Partiyasının sədri İqbal Ağazadə isə 1078 səslə ikinci yerdədir. Bu nəticə hələlik 6 məntəqədə üzrə qeydə alınıb. Digər 27 məntəqədə isə səslər hesablanmayıb(Axar.az).

 

Qeyd edək ki, MSK sədri Məzahir Pənahov bütün məntəqələrdə seçkilərin baş tutduğunu, seçici fəallığının 55,7 faiz olduğunu bildirib.

 

124 dairədə liderlik edənlər açıqlansa da, yalnız sözügedən dairənin nəticələri barədə heç bir söz deyilməyib. Son nəticə ilə MSK-nın rəsmi saytında tanış ola bilərsiniz.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA