MTN-nin İstintaq İdarəsinin rəis müavini həbs edildi

img

01-11-2015 [22:01]


Bu dəqiqələrdə aldığımız məlumata görə, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) daha bir yüksək rütbəli zabiti həbs edilib.

Mia.az xəbər verir ki, musavat.com-a daxil olan xəbərdə bildirilir ki, noyabrın 1-də MTN-nin İstintaq İdarəsinin rəis müavini Vüsal Ələkbərov saxlanılıb. Məhkəmə hökmü ilə barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Xatırladaq ki, oktyabrın 17-də prezident İlham Əliyevin sərəncamı ilə milli təhlükəsizlik naziri Eldar Mahmudov tutduğu vəzifəsən azad edilib. Bundan sonra MTN-nin bir sıra idarə rəisləri, onların müavinləri işdən çıxarılaraq həbs edilib. Məlumatlı mənbənin bildirdiyinə görə, üzümüzə gələn həftə MTN-də daha bir neçə sensasion həbslərin olacağı gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA