01-11-2015 [14:34]
Hesab edirəm ki, Milli Məclisə seçkiləri izləmək üçün Azərbaycana kifayət qədər müşahidəçi gəlib.
Mia.az Secki-2015.az saytına istinadən məlumat verir ki, bu fikirləri Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
Prezidentin köməkçisi qeyd edib ki, hazırda seçkilərdə 500-ə yaxın xarici müşahidəçi, o cümlədən ölkə daxilindəki partiyaların müşahidəçiləri izləyirlər:
"Bu gün axşama qədər müşahidələr aparılacaq. Əminəm ki, seçkidə ciddi qanun pozuntusu olmayacaq. Əlbəttə, heç bir seçki bu və ya digər neqativ hallardan sığortalanmayıb. Hər bir dövlət və onun seçki institutları çalışır ki, seçkilər maksimum şəffaf, ədalətli, qanunlar və Seçki Məcəlləsinin tələbləri çərçivəsində keçirilsin. Düşünürəm ki, buna da nail olacağıq. Seçiləcək deputatlar parlament ənənələrimizi davam etdirəcəklər. Azərbaycan dövləti və dövlətçiliyi getdikcə daha da möhkəmlənəcək, parlament də bu prosesdə öz rolunu oynayacaq”.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçkilərə müşahidə missiyası göndərməməsi ilə bağlı sualı cavablandıran Prezident köməkçisi bildirib: "Ölkəmizdə seçkinin legitimliyini Azərbaycan vətəndaşları müəyyən edir. Əgər Azərbaycan seçiciləri azad və demokratik şəkildə, heç bir kənar təsir olmadan öz seçici iradələrini ifadə edə bilirlərsə və onların ifadə etdiyi iradə mövcud qanunlar çərçivəsində reallaşdırılırsa, Azərbaycan xalqının da inamını qazanırsa, bizim üçün legitimlik ölçüsü budur. Bu və ya digər beynəlxalq təşkilatların Azərbaycanda keçirilən seçkiyə verdiyi rəyə gəlincə, əlbəttə, bu da müəyyən əhəmiyyət kəsb edir. Çünki biz beynəlxalq tərəfdaşlarımızla müəyyən məsələlərdə ortaq dəyərlər axtarırıq, istəyirik ki, onlar da seçkiləri müşahidə etsinlər. Azərbaycanda kifayət qədər müşahidəçilər var. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun fəaliyyətinə gəlincə, bu Büro neçə illərdir ki, Azərbaycanda keçirilən seçkilərlə bağlı həmişə qərəzli mövqedən çıxış edir. Bu dəfə də Azərbaycan hökuməti ilə onlar arasında seçki müşahidəsinin metodologiyası arasında yaranan ayrı-seçkilik ona gətirib çıxardı ki, bu təşkilat öz iddialarından geri çəkilmədi və müşahidə missiyasından imtina etdi. Özləri bilər. Azərbaycan kimi kiçik dövlətə 600-700 müşahidəçi ilə gəlmək onların qərəzli münasibətindən irəli gəlir. Türkiyə kimi 80 milyonluq əhalisi olan böyük dövlətlərə 100-150 nəfərlə müşahidə aparırlar. Amma cəmi 5 milyon seçicisi, 10 milyona yaxın əhalisi olan Azərbaycana bunların 600-700 nəfərlə gəlmək istəyi bizim üçün anlaşılmazdır. Əvvəla, bu, kifayət qədər maddi problemlər yaradır.
Digər tərəfdən onların yerləşdirilməsi və başqa məsələlər var. Biz düşünürük ki, demokratik seçkini müşahidə etmək üçün heç müşahidəçilərin sayı önəmli rol oynamır. Burada yaradılmış şərait, seçicilərin səsvermə razılığı və seçki monitorinqini aparan qrupların məsələyə münasibəti əsasdır. Odur ki, biz düşünürük ki, bu institutun Azərbaycana gəlməməsinin ölkəmizdə seçkilərin demokratikliyi və ya qeyri-demokratikliyinə heç bir bağlılığı yoxdur. Bunlar sadəcə olaraq öz subyektiv mülahizələri çərçivəsində bu addımı atıblar. Azərbaycan beynəlxalq təşkilatlarla əlaqə qurur, onlarla tərəfdaşlıq münasibəti yaradır. İstəyirik ki, xalqımızın iradəsini onlar da görsünlər, Azərbaycan xalqının əldə etdiyi dəyərlərə, demokratik seçki nailiyyətlərinə hörmətlə yanaşsınlar. Əgər onlar məsələlərə hörmətlə yanaşmırlarsa, biz də adekvat münasibət göstərəcəyik”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi