Həmid Herisçi polisə aparıldı - SƏBƏB

img

01-11-2015 [14:11]


17 saylı Yasamal Seçki Dairəsindən deputatlığa namizəd İlhamiyyə Rzayevanın vəkili və müşahidəçisi Həmid Herisçi polisə aparılıb.

Bu haqda namizədin seçki qərargahından məlumat verilib. 

Qərargahdan bildirildiyinə görə, onun saxlanılmasına səbəb seçki saxtakarlığını aşkar etməsi olub. Belə ki, əlil seçicilərdən birinin səs verməsi üçün evinə səyyar seçki qutusu aparılıb. Bu zaman məlum olub ki, bu seçici səs vermək üçün məntəqə seçki komissiyasına müraciət etməyib. Buna etirazını bildiridiyi üçün H.Herisçi polis nəzarətinə götürülüb. 

Xatırladaq ki, H.Herisçi İ.Rzayevanın həyat yoldaşıdır. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA