01-11-2015 [12:18]
Şamaxı rayon Qəleybuğurt kənd sakini İslamiyev Mehralı Məmməd oğlu rayon icra hakimiyyətinin başçısı Asif Ağayev və onun rayondakı məmurlarının əlindən təngə gəldiyini bildirib.
Şikayətçi deyir ki, o rayonda qanuni haqlarını təmin edə bilmir:
"Mən və ailəm acınacaqlı vəziyyətdə yaşayırıq. Dəfələrlə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısına müraciət etməyimə baxmayaraq, mənə kömək edən yoxdur. Bir dəfə şəxsən başçının qəbulunda olmuşam. İki dəfə də müavinlərinin. Yenə qanuni haqlarımın bərpası üçün yerli məmurlar məndən rüşvət istəyir. Mənim gəlinim ağır xəstədir. Bir oğlum da əskərlikdən xəstəliyə görə "komsovat” olunub gəlib. Dalıyca dünyaya gələn nəvəmdə anadangəlmə sifətində ciddi xəstəlik var. Bizimlə birgə yaşayan qızımın da övladı ağır xəstədir. Bir sözlə, 9 nəfərdən ibarət ailə ağır vəziyyətdə yaşayır. Bir yerdən də olsun gəlirimiz yoxdur. Mən bu vəziyyətdə olan ailə üçün adi sosial yardımı ala bilmirəm. Rayon Sosial Müdafiə İdarəsində mənə bildirdilər ki, bu pulsuz düzəlmir. Mən isə dedim ki, cənab Prezident bu yardımın bizim kimi kasıblara verilməsini tövsiyyə edib. Mən niyə pul verməliyəm? Baxdım ki, dərəbəylikdi. Məcbur oldum Prezidentə və əlaqədar dövlət qurumlarına şikayət ünvanladım. Hələ ki, həmin məktub və teleqramlara cavab gəlməyib. Fürsətdən istifadə edib sizin sayt vasitəsilə yenidən əlaqədar dövlət qurumlarına müraciət edirəm ki, Şamaxıdakı özbaşınalığa əncam çəksinlər.
Allahın köməkliyi ilə nəvəmin müəlicəsini bir nəfər gözəl xanım öz üzərinə götürdü. Heç adının açıqlanmasını belə istəmədi. Hazırda nəvəmin Bakıda müalicəsi gedir, ayın 2-sində əməliyyat olunacaq. Bu əməliyyatın qiyməti 4.500 manat idi. Mən o pulu necə düzəldə bilərdim? Şamaxıdakı rəhbərlik heç mənim müavinətimi özümə vermir. Hazırda məndən sosial yardım almaq üçün 1200 manat pul istəyirlər. Lazımı araşdırılma aparılsa, həmin adamın adını da deyə bilərəm. Mənə heç pensiya da vermirlər. Bunun üçün də məndən 2000 manat pul istəyirlər. Sosial müdafiə naziri Şamaxıya gəlib əhali ilə görüş keçirəndə mənə onun qəbuluna düşməyə imkan vermədilər. Sizdən çox xahiş edirəm ki, mənim səsimi ölkə rəhbərliyinə çatdırasınız. Qoy bilsinlər ki, Şamaxı rayonundakı bəzi məmurlar dövlət qanunlarını öz mənfəətləri üçün necə işlədirlər”.
Azinforum.az olaraq bizə edilən şikayətlə bağlı Şamaxı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamaq cəhdlərimiz heç bir səmərə vermədi. Qarşı tərəf kimi onların da cavab haqqını tanıyırıq.
Çinarə SEYİDOVA
AZİNFORUM.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi