Məzahir Pənahov mətbuatı və sosial şəbəkə istifadəçilərini aktiv olmağa çağırıb

img

01-11-2015 [10:04]


Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bugünkü parlament seçkiləri ilə bağlı mətbuata və sosial şəbəkə istifadəçilərinə müraciət edib.
APA-nın məlumatına görə, M. Pənahov seçkilərə start verilməsi ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib ki, bugünkü seçkilərin tam şəffaf keçməsində sosial şəbəkə və mətbuat işçilərinin rolu böyükdür.
"Mən xüsusilə sosial şəbəkə istifadəçilərinə müraciət edirəm ki, qarşılaşdıqları hər bir neqativ hal, anlaşılmazlığı dərhal işıqlandırsınlar. Mətbuat da bu məsələdə aktiv olmalıdır. Bu bizim işimizə köməkdir”, - deyə o bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA