Parlament seçkilərində səsvermə başa çatdı - Yenilənir

img

01-11-2015 [10:02]


Bu gün V çağırış Milli Məclisə seçkilər keçirilir. Saat 8.00-da səsverməyə start verilib.
Səsvermədən əvvəl MSK sədri Məzahir Pənahov mətbuat konfransı keçirib. 

M. Pənahov seçkiyə hazırlıq prosesi, seçki ilə əlaqədar MSK-nın gördüyü işlər barədə məlumat verib. O, seçkilərin şəffaf, demokratik və ədalətli keçirilməsi üçün hər cür şərait yaradıldığını deyib. M. Pənahov 1000-dək məntəqədə veb-kameraların quraşdırıldığını, seçkilərdə müşahidə aparmaq üçün çoxsaylı müşahidəçilərin qeydiyyatdan keçdiyini deyib. MSK sədri seçiciləri məntəqələrə gedərək, səsvermə prosesində aktiv olmağa çağırıb: "5 milyon 200 minə qədər seçiçinin səsvermədə iştirakı üçün üçün bütün şərait yaradılıb. 125 dairənin 5547 məntəqəsində səsvermə olacaq".

Dövlət Himninin səsləndirilməsi ilə səsverməyə start verilib.

Səsvermə saat 19:00-da bitəcək.

Qeyd edək ki, Milli Məclisə seçkilərdə 125 yer uğrunda 767 deputatlığa namizəd mübarizə aparır.
Seçkilərdə müşahidə aparmaq üçün ümumilikdə 66 min müşahidəçi qeydiyyatdan keçib. Bura 40 təşkilatı, 27 ölkəni təmsil edən 501 beynəlxalq müşahidəçi də daxildir.

MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə saat 10.00, saat 12.00, saat 15.00, saat 17.00 və saat 19.00-da ilkin məlumatlar veriləcək. Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.
Milli Məclisə seçkilərlə əlaqədar "ELS” Müstəqil Araşdırmalar Mərkəzi, "Rəy” Monitorinq Mərkəzi müstəqil, Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi "Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu (Fransa), Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası isə "AJF & Associates İnc.” şirkəti (ABŞ) ilə birgə "exit-poll” keçirəcək.

**** 

Saat 10:00 olan məlumata görə, Milli Məclisə seçkilərdə 667732 seçici səs verib.

Məlumata görə, bunu Mərkəzi Seçki Komissiyasının "Seçkilər” İnformasiya Mərkəzinin rəhbəri Rüfət Gülməmmədov Milli Məclisə seçkilərlə bağlı ilkin məlumatı açıqlayarkən deyib.

Onun sözlərinə görə, indiyə qədər seçici fəallığı 12.8 faiz təşkil edib.

**** 

Bu gün V çağırış Milli Məclisə keçirilən seçkilərdə səsvermə prosesi başa çatıb.

Milli Məclisə seçkilərdə 125 yer uğrunda 767 deputatlığa namizəd mübarizə aparır.

Saat 17:00-a olan məlumata əsasən, Milli Məclisə seçkilərdə 2 605 948 seçici (seçici fəallığı 50,1 faiz) səs verib.

Qeyd edək ki, Milli Məclisə seçkilərdə 767 namizəd iştirak edib. Seçkiləri 40 təşkilatdan 503 beynəlxalq və 66 mindən çox yerli müşahidəçi izləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA