Eldar Mahmudovu kim əvəzləyəcək? - MTN-nin sabiq əməkdaşından açıqlama

img

31-10-2015 [18:41]


MTN ətrafında yaşanan hadisələrlə yanaşı, sözügedən quruma kimin rəhbər təyin ediləcəyi də cəmiyyətin maraqla izlədiyi prosesdir. Ancaq Eldar Mahmudovun vəzifədən alınmasından 14 gün ötsə də, hələ ki MTN-ə rəhbər təyin edilməyib.

Bəs, belə bir quruma nazir təyin edilməsinin yubadılması praktikada nə dərəcə doğrudur? 

Bu və ya digər suallara təhlükəsizlik üzrə ekspert, MTN - də vaxtilə yüksək post tutmuş polkovnik İlham İsmayıl belə cavab verib:

"MTN ətrafında baş verənlərin kulminasiya nöqtəsinə çatması üçün daha sensasiyalı xəbərlərmi gözləyirik? Stalinin ölümündən sonra Mircəfər Bağırov və onun NKVD komandasının üzvlərinin məhkəməsi istisna olmaqla Azərbaycan xüsusi xidmət orqanlarının tarixində indiki kimi biabırçı hal olmayıb. Baxmayaraq ki, o dönəm bütün SSRİ üçün xarakterik idi. Bu gün isə MTN-də baş verənlərin kulminasiyası nə ola bilər? 

Hər üzünə versiyalar irəli sürülüb (həqiqət olanı da var, yalan da), dövlət çevrilişinə cəhdə qədər. Bir cinayət, iki və ya yüz cinayət, artıq fərq etməz. Sabah hansısa siyasi qətl, sifarişli ölüm barədə informasiya açıqlansa - məncə bu, olmayacaq - təəccüblənməyin. Kulminasiyanın zamana ehtiyacı var. O zaman isə sensasiya yox, sadəcə tarix olacaq.

Nazirin hələlik təyin edilməməsi praktikada az rastlansa da, xüsusi narahatçılığa əsas yoxdu. 1994 - cü ilin oktyabrından 1995 - ci ilin mayın ortalarına kimi MTN - in nazir əvəzi Namiq Abbasov, baş prokuror əvəzi Eldar Həsənov idi. 8 ay bu strukturların şefi birinci müavinlər olub, sonra təsdiqlənib. İndiki situasiyada da əvəz edənin bir müddətdən sonra nazir olması tamamilə mümkündür".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA