Kəmaləddin Heydərov müavinini təcili Lənkərana göndərdi

img

31-10-2015 [16:24]


Fövqəladə Hallar Nazirliyinin xüsusi komissiyası son günlər yağan güclü yağışlar səbəbindən yaranmış vəziyyətlə əlaqədar Lənkərana gedib.

Fövqaladə hallar nazirinin müavini Faiq Tağızadə başda olmaqla komissiya üzvləri, eləcə də "Azərsu” ASC, Meliorasiya və Su Təsərrüfatı ASC, "Azəryolservis” ASC-nin nümayəndələri daşqın olan bölgəyə baş çəkiblər.

Qeyd edək ki, son günlər yağan güclü yağışlar cənub bölgəsində ciddi fəsadlara səbəb olub. Təbii fəlakət nəticəsində yüzlərlə evi su basıb, körpülər uçub, yollarda problemlər yaranıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA