“MTN işi”nə görə vurulan məmurun yerinə təyinat oldu

img

31-10-2015 [16:06]


Eldar Mahmudov milli təhlükəsizlik naziri postundan uzaqlaşdırılandan sonra yaranan ajiotaj genişlənməkdə davam edir. Məlum olduğu kimi, Milli Təhlükəsizlik Nazirliyinin bir neçə əməkdaşı ilə yanaşı, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin də 2 vəzifəlisi işdən azad edilərək barələrində həbs qətimkan tədbiri seçilib.

Xətai Rayon İcra Hakimiyyətindən Modern.az saytına verilən məlumata görə, icra başçısının müavini Xeyrulla Hüseynli də "MTN işi”nə görə vəzifəsindən uzaqlaşdırılıb. Onun əvəzinə Qafur Rəhmanov təyin edilib.

O, indiyədək icra hakimiyyətinin mənzil kommunal və texniki xidmət sahələrinin rəisi idi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA