Fazil Məmmədovdan daha bir dəyişiklik - Təyinatlar

img

31-10-2015 [14:20]


Vergilər naziri Fazil Məmmədovun əmri ilə Vergilər Nazirliyinin bir sıra struktur vahidlərinin rəhbərliyində kadr dəyişiklikləri aparılıb. 

Mia.az Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsinə istinadən xəbər verir ki, Bakı Vergilər Departamentinin rəisi Habil Məmmədov Nazirliyin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinin rəisi, vergilər nazirinin audit və operativ nəzarət sahələri üzrə müşaviri İlqar Əhmədov Bakı Vergilər Departamentinin rəisi, vergilər nazirinin müşaviri Zaur Fətizadə Bakı Vergilər Departamenti rəisinin 1-ci müavini, İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinin rəisi İlkin Vəliyev Bakı Vergilər Departamenti rəisinin müavini, Bakı Vergilər Departamentinin rəisinin 1-ci müavini Raqif Qurbanov Bakı Vergilər Departamenti rəisinin müavini vəzifələrinə keçiriliblər. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA