Eldar Həsənov təcili olaraq Bakıya çağrıldı

img

31-10-2015 [10:46]


Eldar Həsənov təcili olaraq Bakıya çağrılıb.

Bu çağırışın səbəbləri ilə bağlı yayılan şayiələrdə sabiq Baş Prokurorun seçkidən sonra hansısa yüksək vəzifəyə təyin ediləcəyi xəbəri ağırlıq təşkil etsə də, bununla bağlı İstiqlal.az-a olduqca fərqli və ilginc informasiyalar daxil olub.

Bizə çatan informasiyaya görə, Eldar Həsənovun Bakıya qəfil gəlişi daha çox onun hazırda Vergilər Nazirliyində işləyən qardaşı Ələkbər Həsənovun fəaliyyəti ilə bağlıdır.

Bildirilir ki, bugünlərdə həbs edilən Vergilər Nazirliyinin cinayət xarakterli vergi hüquqpozmalarının təhlili və vergi borclarının alınması işinin təşkili Baş İdarəsinin rəisi general Vidadi Məmmədovun dindirilməsi zamanı prokurorluq orqanları Vergidən toplanan xəracların məbləği, bölüşdürülməsi və "qara kassa”dan hansı səbəblərlə gizlədilməsi ilə bağlı xeyli qiymətli informasiyalar əldə ediblər.

Bu informasiyalardan biri də prokurorluq orqanlarını xeyli sayda keçmiş vəzifəli şəxsi, o cümlədən sabiq rəhbərləri Eldar Həsənovu "ilişdirməyə” imkan verən səpkidə olub. Belə ki, general Vidadi Məmmədovun Vergilər Nazirliyində çox yaxın münasibətdə olduğu şəxslər siyahısında səfir Eldar Həsənovun Vergilər Nazirliyində mühüm post tutan qardaşı Ələkbər Həsənovun da adı çıxıb. Məlum olub ki, "Verginin yan keçdiyi obyektlər” siyahısında Ələkbər Həsənovun da himayəsində olan xeyli sayda restoran və ticarət obyektlər var. Hazırda həmin obyektlərin Eldar Həsənova, yoxsa başqa bir şəxsə aidliyinin olub-olmadığının dəqiqləşdirildiyi bildirilir.

Barəsində kompromat saxlamağı sevməyən Eldar Həsənovun da məhz ona qarşı Bakıda hansısa qüvvələrin bu faktlardan yararlana biləcəyi ehtimalının nəzərə alaraq təcili Bakıya gəldiyi və bu məsələni öz nəzarətində çözməyə çalışdığı bildirilir.

Xatırladaq ki, əvvəllər Daxili İşlər Nazirliyinin Narkobiznes İdarəsində işləyən Ələkbər Həsənov məhz Eldar Həsənovun xahişi ilə polisdən çıxarılaraq, Vergilər Nazirliyinin Audit Departamentinə keçirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA