31-10-2015 [10:41]
Nəsimi rayonu 5-ci mkr 20 Yanvar küçəsi bina 32 ünvanında yaşayan sakinlər "Qafqazinfo”ya müraciət edib.
Həmin bina sakini Mahmud Məmmədov bildirib ki, binanın qarşısında yaşıllıq zolağı üçün ayrılmış hissəni aldığını iddia edən şəxslər orada ağac əkilməsinə imkan vermir: "Binamızın qarşısında yaşıllıq zolağı üçün ayrılmış kiçik bir sahə var. Bina ilə maşın yolu arasındakı məsafə 35-40 metrdir və qanunvericiliyə görə sözügedən hissədə tikinti işləri aparıla bilməz.
Ancaq 2014-cü ilin aprel ayında həmin ərazidəki zeytun ağaclarının bir hissəsini, təxminən 12-15 ağacı kökündən çıxartdılar. Hadisə ilə əlaqədar olaraq bir neçə orqana məktub göndərdik və bir müddət sonra Leyla Əliyevanın təşəbbüsü ilə sözügedən ərazidə yenidən ağac tingləri əkilib. Ancaq üzərindən çox vaxt keçməmiş gecə ilə həmin tinglər də yerindən çıxarılıb və çalalar doldurulub.
Leyla Əliyevanın təşəbbüsü ilə əkilən ağaclar
Bu barədə Ekologiya və Təbbi Sərvətlər Nazirliyinə (ETSN) məktub göndərdik. Nazirlikdən cavab olaraq bildirildi ki, ərziyə baxılan zaman həqiqətən də 47 ədəd yeni əkilmiş sərv cinsli tinglərin çıxarıldığını müəyyən olunub və təqsirkar şəxslərin kimliyinin müəyyənləşdirilməsi üçün Nəsimi rayon Polis Şöbəsinə məktubla müraciət edilib”.
Mahmud Məmmədovun sözlərinə görə, bu hadisənin üstündən 1 ildən çox vaxt keçsə də, elə bu gün də Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən qazılan çalalar ərazidə maraqlı olan şəxslər tərəfindən doldurulur: "Biz bir şeyi başa düşə bilmirik, əlimizdə bu qədər foto və video fakt var. Hər bir orqana da müraciət etmişik. Axı niyə bu özbaşınalıqların qarşısı alınmır? Həmin bu hadisə yaxınlıqdakı 22 saylı binanın həyətyanı sahəsində də baş vermişdi. Onlar aidiyyatı distansiyalara müraciət etdikdən sonra məsələ öz həllini tapdı. Ancaq biz 2014-cü ilin yaz aylarından bu günə kimi haqlı olduğumuz halda istəyimizə nail ola bilmirik. Artıq son çarəni mediaya müraciət etməkdə gördük. Xahiş edirik bu hala bir son qoyulsun”.
Məsələyə aydınlıq gətirmək üçünYaşıllaşdırma Təsərrüfatı Birliyi (YTB) ilə əlaqə saxladıq. Mühəndis Yunis Məmmədov bildirdi ki, sakinlərin müraciəti nəzərə alınaraq ərazidə qazılan çalalar bir neçə dəfə onların xəbəri olmadan doldurulub: "Problemlə əlaqədar olaraq hüquq mühafizə orqanlarına müraciət etmişik və qısa müddətdə məsələnin həll olunacağına inanırıq”.
Son olaraq qeyd edək ki, sakinlərin ötən gün çəkdikləri videolarda da çalaların doldurulduğu aydın şəkildə görünür.
Xatırladaq ki, ötən il "Qafqazinfo"ya sözügedən küçədə yaşayan 22 nömrəli binanın sakinləri müraciət etmişdi. Müraciətdə bildirilirdi ki,16 növdə nadir ağaclar - Eldar şamı, akasiya, sərv və sairənin budama adı altında kəsilir. Həmin xəbərə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva operativ reaksiya bildirmişdi və hadisəni törədənlər cəzalandırılmışdı.
Günel Hacı
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi