Yol polisindən taksi sürücülərinə xəbərdarlıq

img

30-10-2015 [15:15]


Bakı şəhər Dövlət Yol Polisi İdarəsi son günlər paytaxt ərazisində taksi sürücülərinin lisenziya olmadığına görə yol polisi tərəfindən cərimə olunması xəbərinə münasibət bildirib.

Mia.az xəbər verir ki, idarənin bölmə rəisi, polkovnik Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, paytaxt ərazisində taksi fəaliyyəti ilə məşğul olan hər hansı sürücüyə lisenziyaya görə inzibati protokol tərtib olunmayıb: «Hazırda lisenziya ilə bağlı prosedur hazırlanır. Yol polisi olaraq bildiririk ki, taksi fəaliyyəti ilə məşğul olanlar özlərini, avtomobillərini və müvafiq sənədlərini indidən hazırlasınlar. Yeni qaydalar təsdiqlənib yayılandan sonra müvafiq qaydada müraciət edib lisenziya alsınlar. Əks halda, yol polisi lisenziyasız fəaliyyət göstərən taksi sürücülərini cərimə edəcək».


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA